!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qurumların “ÖTÜR-ÖTÜR” OYUNU: Sakinləri hər an gözləyən TƏHLÜKƏ – SOS SİQNALI

!Reklam – Yazi

Lökbatan – Qobu yolunda işıqlandırma sisteminin yoxluğu və döngələrin təhlükəli vəziyyətdə olması həmin ərazidə yaşayan insanların kabusuna çevrilib. Hər dəfə bu yoldan istifadə edən sakinlər aiddiyyəti qurumlar tərəfindən problemin həll olunacağı zamanı gözləyir. Təəssüflər olsun ki, tez-tez ağır yol nəqliyyat hadisələrinin baş verdiyi həmin ərazidə məsələnin həlli istiqamətində heç bir addım atılmır. Bunun nəticəsində sonuncu dəfə adıçəkilən yerdə avtoqəza baş verdiyi halda əlaqədar qurumlar yenə də susmağa üstünlük verdilər.

Yenicag.az olaraq mövcud problemi araşdırmaq məqsədilə Qaradağ Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq.

Oradan bizə problemin həlli ilə bağlı məsul olmadıqlarını, Qaradağ Rayon İşıq İdarəsi və Satışı İdarəsinə müraciət etməyimizi bildirdilər.

Həmin qurumdan isə, ümumiyyətlə, zənglərimizi cavab verən olmadı.

Beləliklə, əfsuslar olsun ki, bu ötür-ötür oyununda heç bir qurum tərəfindən suallarımıza cavab tapmaq mümkün olmadı.

Görünür, bu problem – sakinləri hər an gözləyən təhlükə hələ uzun müddət davam edəcək.

Yusif Səmədzadə

www.yenicag.az

453
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv