!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qurunun oduna yaş da YANIR: Azərbaycanda tütün məhsulları nə qədər insanın bəlasına çevrilib?

!Reklam – Yazi

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hər il 8,7 milyon insanın tütün istifadəsi səbəbindən dünyasını dəyişdiyini açıqlayıb. Məlumatda 1,3 milyon nəfərin siqaret çəkməyən, lakin passiv şəkildə ikinci tüstüyə məruz qalaraq vəfat etdiyi bildirilib.

Dünyada 8 milyondan çox insanın ölümünə səbəb olan tütün məhsulları Azərbaycanda nə qədər insanın bəlasına çevrilib? Ölkədə tütünə olan təlabat nə yerdədir?

Məsələ ilə bağlı tibbi ekspert Rasif Bağırov Yenicag.az-a açıqlamasında Azərbaycanda tütün məhsulları səbəbindən ölənlərlə bağlı hər hansı bir tədqiqata rast gəlmədiyini bildirib:

“Bizdə belə ifadə var ki, siqaret onu çəkəndən çox həmin adamın yanında dayanana ziyan vurur. Çünki siqaret çəkənin yanında duran şəxs hazır kansoregen maddəni udur. Bu da sağlamlıq üçün çox ciddi fəsadlar törədir.

İnkişaf etmiş ölkələrdə sırf tütün məhsulları istifadəsinə görə ölənlərlə bağlı tədqiqatlar aparılır. Amma bizdə bu istiqamətdə bir araşdırılmanın aparıldığını eşitməmişəm. Buna görə də Azərbaycanda məhz tütünə görə vəfat edənlərin dəqiq sayını göstərmək qeyri-mümkündür. Bu, elmi tədqiqat tələb edən məsələdir. Düşünürəm ki, dünyada il ərzində tütünə görə 8,7 milyondan daha çox insan vəfat edir”.

Qazaxıstanda elektron siqaretlərin qadağan edilməsinə də münasibətini bildirən ekspert bunun siyasi məqsəd daşıdığını deyib:

“Elektron siqaretlərin ləğv edilməsi hansısa bir siyasi xarakter daşıyır. Bu, onların sağlamlığa ziyanlı olması məsələsi deyil. Çünki elektron siqaretlər istifadəyə buraxılmazdan öncə sağlamlığa təhlükəli olub-olmaması ilə bağlı araşdırmalardan keçirilir. Onların istehsalında məqsəd insanları nikotindən uzaq tutmaqdır.

Əgər elektron siqaretlər satışa buraxılırsa, kiminsə gəlib onları qadağan etməsi ancaq sensasiya xarakteri daşıya bilər. Adicə hər hansı bir dərmanı satışa buraxmaq üçün ən azı 20 il onun tədqiqatı aparılır ki, insan orqanizminə zərər vurur, yoxsa yox. Yəni elektron siqaretlər də satışda varsa, deməli, onlar yoxlanılıb buraxılıb”.

Sadiq Cavadov

www.yenicag.az

350
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv