!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qusarda qida zəhərlənməsi ilə bağlı yayılan məlumat təsdiqini tapmadı

!Reklam – Yazi

Qusar şəhərində kirayədə yaşayan 3 nəfər Cəlilabad rayon sakininin yedikləri göbələkdən zəhərlənməsi ilə bağlı bəzi xəbər saytlarında yayılmış məlumatlarda göstərilən fakt öz təsdiqini tapmayıb.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Aparılan araşdırmalar zamanı və götürülmüş qan analizlərinin müayinəsi nəticəsində hadisənin qida zəhərlənməsindən yox, dəm qazı zəhərlənməsindən baş verdiyi məlum olub.
AQTA bir daha bildirir ki, zəhərlənmə halları ilə bağlı vətəndaşlar və media qurumları yalnız aidiyyəti dövlət orqanları tərəfindən təsdiqlənmiş rəsmi məlumatlara etibar etməlidirlər.

Qeyd edək ki, oktyabrın 14-də Qusarda kirayədə yaşayan Cəlilabad rayon sakinləri olan üç qardaş – 1976-cı il təvəllüdlü Sabir Yusif oğlu Zeynalov, 1978-ci il təvəllüdlü Sakit Yusif oğlu Zeynalov və 1980-ci il təvəllüdlü Şamil Yusif oğlu Zeynalov zəhərləniblər. Nəticədə Sabir Zeynalov və Sakit Zeynalov ölüblər.

www.yenicag.az

145
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv