Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Quterreş İlham Əliyevə məktub göndərdi - MƏTN

Reklam: Sinerji Pro

BMT-nin Baş katibi Antonio Quterreş Prezident İlham Əliyevi Respublika Günü münasibətilə təbrik edib.

Yenicag.az xəbər verir ki, məktubda qeyd edilir:

“Zati-aliləri.

Milli bayramınız – Respublika Günü münasibətilə Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaq istəyirəm.

Cənab Prezident, biz bu çətin vaxtlarda hər bir ölkənin dünyada insanların sağlamlığına verdiyi əhəmiyyətli töhfələri bir daha xatırlayırıq. COVID-19 pandemiyasına qalib gəlməyimiz üçün birgə işlədiyimiz bir vaxtda biz daha davamlı, dayanıqlı və ədalətli cəmiyyətlərin qurulması üçün hərtərəfli bərpa işlərini düzgün həyata keçirməliyik. Biz iqlim dəyişikliyi məsələsi ilə bağlı cəsarətli addımlar atmalı və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün səyləri daha da artırmalıyıq.

Sizin Respublika Gününü qeyd etdiyiniz bir vaxtda mən Birləşmiş Millətlər Təşkilatının daha da möhkəmləndirilməsi, hamı üçün daha gözəl və dinc bir dünyanın qurulması istiqamətində ölkənizin dəstəyinə arxalanıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

www.yenicag.az

240
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100