!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Quzey Kıbrısın TANINMASI: “Bu istiqamətdə ilk addım kimi Ersin Tatarın Azərbaycana səfəri...”

!Reklam – Yazi

“Yaxın illər ərzində Türk Dövlətləri Təşkilatının öndərliyində Quzey Kıbrıs Türk Cümhuriyyətinin dünya çapında tanınması məsələsinin də üzərinə gediləcək”.

Bu fikirləri Bakıda fövqəladə hallar üzrə təşkil olunan müşavirədə Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanla yanaşı, Quzey Kıbrıs Türk Cümhuriyyətinin daxili işlər naziri Dursun Oğuzun iştirakını dəyərləndirən siyasi şərhçi Azər Həsrət Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, türk dövlətləri artıq Quzey Kıbrısı rəsmən tanımalı və onunla diplomatik münasibətlər qurmalıdırlar:

“Əlbəttə, Quzey Kıbrıs Türk Cümhuriyyəti böyük türk dünyasının ayrılmaz tərkib hissəsidir. İkili standartlarla idarə edilən müasir dünyanın Quzey Kıbrısa necə yanaşmasından asılı olmayaraq, türk dövlətləri bu ölkəyə mütləq qucaq açmalıdır. Yəni kimlərsə tanımır və qəbullanmır deyə, biz də başqaları kimi onu kənara itələməməliyik. Əksinə, Quzey Kıbrısı da digər türk dövlətləri qismində bərabərhüquqlu ölkə olaraq qəbul etməliyik.

Məlumdur ki, Quzey Kıbrıs artıq bir ilə yaxındır ki, müşahidəçi üzv statusunda Türk Dövlətləri Təşkilatında təmsil olunur. Bu, özlüyündə çox böyük bir hadisədir. Əslində, bu qərar Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Quzey Kıbrısı tanıması anlamına gəlir. O baxımdan, türk dövlət başçılarının, yaxud da nazirlərinin görüşündə Quzey Kıbrıs təmsilçisinin də iştirak etməsi və onların digər prezidentlər tərəfindən qəbullanması çox vacibdir.

Ümumiyyətlə, düşünürəm ki, böyük ehtimalla, yaxın illər ərzində Türk Dövlətləri Təşkilatının öndərliyində Quzey Kıbrıs Türk Cümhuriyyətinin dünya çapında tanınması məsələsinin də üzərinə gediləcək. Ən azı, türk dövlətləri artıq Quzey Kıbrısı rəsmən tanımalı, onunla diplomatik münasibətlər qurmalıdır. Bu məsələdə əvvəllər bizim qarşımızı kəsən Qarabağ problemi vardı.

Artıq o problem də aradan qaldırılıb, ermənilərin şivəninə baxmayaraq, məsələ öz həllini tapıb. Ona görə də fikrimcə, qardaş Türkiyənin ardınca Azərbaycan dövləti də Quzey Kıbrıs Türk Cümhuriyyətinin rəsmən tanınması yönündə addımlar atmalıdır. Bu istiqamətdə ilk addım kimi, Quzey Kıbrısın prezidenti cənab Ersin Tatarın Azərbaycana səfər etməsi çox faydalı olardı”.

A.Zeynalov

www.yenicag.az

465
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv