Rafiq Hüseynovla vida mərasimi başa çatıb – FOTOLAR (Yenilənib)

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında xalq artisti, məşhur diktor Rafiq Hüseynovla vida mərasimi başa çatıb.

***

Bu dəqiqələrdə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında xalq artisti, məşhur diktor Rafiq Hüseynovla vida mərasimi keçirilir.

Yenicag.az xəbər verir ki, Rafiq Hüseynovun yas mərasimi Heydər Məscidində keçiriləcək.

Qeyd edək ki, Rafiq Hüseynov Almaniyanın Düsseldorf şəhərindəki klinikalarından birində dünyasını dəyişib. O, xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Xalq artisti, məşhur diktor Rafiq Hüseynov sabah II Fəxri xiyabanda dəfn olunacaq.

Cəvahir