!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Raksanadan SƏRT QƏRAR: “Onunla eyni filmdə çəkilmək istəmirəm”

!Reklam – Yazi

“Elə adamlar var ki, onunla eyni filmdə çəkilmək istəmirəm”.

Yenicag.az xəbər verir ki, bunu aktrisa Raksana İmir “Gül kimi şou”da deyib.

O, son vaxtlar serial və filmlərə çəkilməməsinin səbəblərini açıqlayıb:

“Son vaxtlar rejissorlar nədənsə məni çəkmirlər. Özümün də burada rolum var. Çünki bəzi çərçivələr var ki, onları aşmıram. Kiminsə peşəsinə, aktyorluğuna hörmətsizlik etmirəm. Amma elə adamlar var ki, onlarla eyni filmdə çəkilmək istəmirəm.

Bu yaxınlarda bir filmə dəvət almışdım, razılıq verdim, çəkiləcəkdim. Amma biləndə ki, tərəf müqabilim kimdir, həmin günü çəkilməkdən imtina etdim. İmicimi düşürmək istəmədim. Blogerləri izləyirik, “layk” edirik, hörmətlə yanaşırıq, amma onların gəlib filmə çəkilməkləri nə dərəcədə düzgündür, bilmirəm. Bəziləri var ki, istedadlıdır, çəkilirlər, amma bəziləri o filmi korlayırlar. Nə qədər ki, çərçivələrimə uyğun film var, çəkiləcəm, yoxdursa, çəkilməyəcəm”.

Nehru

www.yenicag.az

305
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv