!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ramanada rabitə qülləsinə qara bayraq asan şəxs həbs edildi

!Reklam – Yazi

Qanunvericiliyin tələblərinə zidd olaraq, iyulun 28-də günorta saatlarında Sabunçu rayonu Ramana qəsəbəsində rabitə qülləsinə qara bayraq asılması müşahidə olunub.

Yenicag.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, polis əməkdaşları tərəfindən həmin əməli törədən 1983-cü il təvəllüdlü Samid Hüseynov müəyyən olunaraq həbs edilib.

“İnsanların dini etiqad azadlığına dərin hörmətimizi ifadə edərək, vətəndaşlarımızı qanunverciliyin tələblərini anlayışla qarşılamağa çağırır və qabaqcadan təşəkkürlərimizi çatdırırıq. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının qanununa əsasən bütün dini mərasimlər yalnız məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirilməlidir”, DİN-in məlumatında deyilir.

www.yenicag.az

264
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv