!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ramazan ayından sonrakı dövrün qidalanma QAYDASI: Dietoloqdan TÖVSİYƏ

!Reklam – Yazi

“Bir ay müddətində oruc tutaraq sağlam qidalanma elminin bir sıra punktlarını idarə etmiş olduq”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında mübarək Ramazan ayından sonrakı dövrdə qidalanmada diqqət edilməsi lazım olan məqamlar haqda danışan dietoloq Leyla Zülfüqarlı deyib.

Onun sözlərinə görə, orucluqdan sonrakı dövr qidalanmada xüsusi əhəmiyyət kəsb edir.

“Artıq bir neçə gündür ki, mübarək Ramazan ayını geridə qoymuşuq. Bu dövrdə qidalanma xüsusi əhəmiyyət kəsb edir. Biz bir ay müddətində oruc tutaraq sağlam qidalanma elminin bir sıra punktlarını idarə etmiş olduq. Uzun müddət ac qalmış orqanizmin hüceyrələri öz-özünü yenilədi və hormonal istiqamətdə bir çox məsələ öz həllini tapmış oldu”, – deyə o bildirib.

Mütəxəssis əlavə edib ki, oruclu olarkən riayət edilən qaydalar qarşıdakı 21 gün ərzində bir az daha sadələşdirilmiş formada icra edilməlidir:

“Ramazan ayı bitdi, lakin biz yenə də qidalanmada keçmiş səhvlərimizə geri qayıtmamalıyıq. Oruclu olarkən riayət etdiyimiz qaydaların 21 gün müddətində bir az daha sadələşdirilmiş formasını icra etməliyik. Sanki 70 faiz oruc tuturmuş kimi davranmalıyıq. Bu dövrdə beş saat ara ilə qidalanmaq, meyvə-tərəvəz çoxluq təşkil edən qidalara, şorbalara üstünlük verməliyik. Ət istifadə olunan yeməklərdən həftədə yalnız 2 dəfə istifadə etməliyik. Yatmazdan dörd saat öncə axşam yeməyini yerməli, daha çox qara deyil, bitki çaylarına istifadəyə üstünlük vermək lazımdır. Bu zaman Ramazan ayında aldığımız effektiv nəticəni yenidən orqanizmdə möhkəmləndirmiş olacağıq”.

İsmayıl Bakuvi

www.yenicag.az

219
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv