!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ramazan ayının iyirmi doqquzuncu gününün imsak, iftar və namaz vaxtları

!Reklam – Yazi

Sabah Ramazan ayının iyirmi doqquzuncu günüdür.

Yenicag.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 20-si imsak vaxtı saat 04:24-də, iftar vaxtı isə 19:39-dadır.

Aprelin 20-si üçün namaz vaxtları:

Sübh azanı

04:29

Zöhr azanı

12:40

Əsr azanı

17:26

Məğrib azanı

19:39

İşa azanı

20:45

İyirmi doqquzuncu günün imsak vaxtı üçün duanı təqdim edirik:

“Allahummə ğəşşini fihi bir-rəhməh. Vərzuqni fihit-tovfiqə vəl-isməh. Və təhhir qəlbi min ğəyabihit-tuhməh. Ya rəhimən bi-ibadihil-mu-minin!”

Tərcüməsi: “İlahi, bu gün məni öz sonsuz rəhmətinlə əhatə et! Bu gün mənə qüvvət və ismət nəsib et! Ürəyimi töhmətçilik qaranlığından təmizlə! Ey mömin bəndələrinə rəhmli olan Allah!”

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!”

Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

Allah orucunuzu qəbul eləsin!

www.yenicag.az

2350
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv