!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ramazan ayının saydıqca bitməyən FƏZİLƏTLƏRİ: “Bu ayın ən mühüm cəhətlərindən biri də...”

!Reklam – Yazi

“Ramazanın özünəməxsus xarakteri odur ki, bu ayda insan bədəninə hopmuş ən pis xüsusiyyətləri belə kənara atmaq iradəsinə sahiblənir”.

Bu fikirləri qarşıdan gələn mübarək Ramazan ayının fəzilətləri və diqqət yetirilməli məqamları haqda danışan ilahiyyatçı-psixoloq Fazil Əhmədli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, bu ayda ən böyük əməllərdən biri də günahlardan çəkinməkdir:

“Mübarək Ramazan ayının başlamasına artıq sayılı günlər qalıb. Müsəlmanların on iki ayının içində yalnız Ramazan ayının adı Qurani-Kərimdə çəkilib. Eyni zamanda, bu ayın adı mübarək yəni, bərəkətli ay olaraq da çəkilir. Burada təkcə maddi bərəkətdən deyil, mənəvi bərəkətdən də söhbət gedir. Zahiri cəhətdən baxdıqda, Ramazan ayının içərisində əziyyətli məqamların olduğunu görürük. Lakin həmin əziyyətlərin qarşılığında hansı mükafatların vəd olunduğuna nəzər saldıqda, insan bu qədər böyük fürsətin əlindən çıxmağını gözə almaq istəmir.

Peğəmbərimiz mübarək Ramazan ayı gəlməmişdən öncə müsəlmanları toplayaraq, “qarşıdan elə bir ay gəlir ki, onun gecələri bütün ilin gecələrindən üstün, həmən ayda oruc tutan insanın yuxusu isə ibadətdir” deyə buyurub. “Ramazan ayında sizin gün boyu çəkdiyiniz bütün nəfəslərə savab yazılır”, – deyə bildirib peyğəmbərimiz. Bu ayın ən mühüm cəhətlərindən biri də günahlardan çəkinməkdir. İnsan bir hərəkəti təkrarlayan zaman onun adətinə çevirilir. Adəti təkrarlayanda isə bu, onun xasiyyətinə keçir. İnsanın xasiyyətinə hopmuş bir əməli tərgitməsi, ondan qurtulması çətin olur. Ramazan ayı yeganə aydır ki, insanlar pis əməli rahatlıqla tərk edə bilir. Bu, mübarək ayın psixologiyasına aid olan bir məsələdədir.

Ramazanın özünəməxsus xarakteri odur ki, insan bədəninə hopmuş ən pis xüsusiyyətləri belə kənara atmaq iradəsinə sahiblənir. Bu ay insanda xüsusi iradə formalaşdırır. Hətta təcrübədə 20-30 il içki qəbul edən, siqaret çəkən insanlar Ramazan ayının gəlməsi ilə həmin əməllərdən birdəfəlik çəkinməyi bacarıblar. Mübarək Ramazan ayında deyilən savablara maksimum nail olmaq, mənəvi dərəcələrə çatmaq, xüsusilə də pis əməllərimizi tərgitmək üçün bu ayda az qida qəbul edilməlidir.

Oruc tutmağa başlamazdan öncəki günün əvvəlində, yaxud iftarda bütün gün ərzində yeyiləcək qidanı birdəfəyə yemək İslamda təqdir olunmayan məqamdır. Peyğəmbərimiz buyurur ki, “Allahın bir neçə dolu qabdan acığı gəlirsə, onlardan biri hədsiz dolan qarındır”. Belə məsələlərə mütləq riayət etmək vacibdir. Bu ayın sonunda mənəvi dərəcələrə çatmaq üçün yemək məsələsinə xüsusi diqqət yetirilməlidir. Cəmiyyətimizdə “bu ayda günahlarım bağışlandı, artıq günah etməyə davam edə bilərəm” kimi yalnış fikirlər formalaşır. Bu ayda elə bir iradəyə sahib olunmalıdır ki, gələn Ramazana qədər əgər sağ qalsaq, keçən mübarək ayda qazandığımız savabları itirməyək. Bu çox mühüm məqamdır. Bu ayda günahlardan, çəkinmək, mənfi adətləri kənara qoymaq vacibdir”.

İsmayıl Bakuvi

www.yenicag.az

357
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv