!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ramazan bayramında bölgələrə əlavə qatar reysləri təyin edildi

!Reklam – Yazi

“Azərbaycan Dəmir Yolları” QSC Ramazan bayramı ilə əlaqədar artan sərnişin tələbatını nəzərə alaraq 10-14 aprel tarixlərində Bakı-Ağstafa-Bakı və Bakı-Qəbələ-Bakı marşrutları üzrə əlavə reyslər təyin edib.

Yenicag.az xəbər verir ki, Bakı-Ağstafa-Bakı marşrutu üzrə oturacaq tipli sürət sərnişin qatarı 10 və 11 aprel tarixlərində saat 09:15-də Bakıdan Ağstafaya, əks istiqamətə isə saat 18:00-da, 12 aprel tarixində saat 09:15-də Bakıdan Ağstafaya, əks istiqamətə isə saat 15:00-da, 12 və 13 aprel tarixlərində saat 23:55-də Bakıdan Ağstafaya, əks istiqamətə isə 13 və 14 aprel tarixlərdə saat 15:00-da yola düşəcək.

Bununla yanaşı, Bakı-Qəbələ-Bakı marşrutu üzrə 10-14 aprel tarixlərində sürətli sərnişin qatarı hər gün hərəkətdə olacaq.

Bayram günlərində Abşeron dairəvi dəmir yolu xətti üzrə isə qatarlar qeyri-iş günlərinin qrafikinə uyğun fəaliyyət göstərəcək.

Qatarların hərəkət cədvəli ilə tanış olmaq və bilet əldə etmək üçün www.ady.az saytına keçid edə və ya “ADY Mobile” tətbiqini yükləyə bilərsiniz.

www.yenicag.az

113
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv