!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ramazan qərarı: 40 yaşdan yuxarı qadınlar...

!Reklam – Yazi

İsrail qüvvələri Ramazan ayının başlanması münasibətilə namaz qılmaq üçün işğal altındakı Şərqi Qüdsdəki Əl-Əqsa məscidinə gələn yüzlərlə müsəlmanın içəri daxil olmasına mane olub.

Yenicag.az xəbər verir ki, bu barədə “Wafa” xəbər agentliyi məlumat yayıb.

Bildirilir ki, İsrail qüvvələri kişi və gənc qadınların məscidə girməsinə qadağa qoyub, yalnız 40 yaşdan yuxarı qadınların namaz qılmasına icazə verib.

“Haaretz” nəşri İsrailin baş naziri Benyamin Netanyahunun ötən həftə verdiyi açıqlamanı xatırladib: “Netanyahunun vədlərinin əksinə olaraq, polis yüzlərlə fələstinli gəncin Ramazan ayının ilk namazı üçün məscidə girməsinə mane olur”.

Xəbərdə polisin kütləyə qarşı zorakılıq tətbiq etdiyinə dair məlumatlar da yer alıb.

Onu da qeyd edək ki, ABŞ prezidenti Co Bayden Fələstin xalqının iztirablarının ön planda olduğunu bildirib. Onun sözlərinə görə, Birləşmiş Ştatlar Qəzzaya daha çox humanitar yardım çatdırmaq üçün səylərini davam etdirəcək və HƏMAS-ın əlində olan əsirləri də azad edən razılaşmanın bir hissəsi olaraq “ən azı altı həftə ərzində dərhal və davamlı atəşkəs təmin etmək üçün çalışacaq”./Musavat.com

www.yenicag.az

125
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv