Reklam

Reklam

“Süd mədə-onikibarmaq bağırsaq və xorada müvəqqəti rahatlıq yaratsa da, xəstəliyi müalicə etmir. Hətta süd mədədə turşuluğu artırır.”

Yenicag.az xəbər verir ki, daxili xəstəliklər və qastroenterologiya sahəsi üzrə mütəxəssis türk həkim Atilla Bektaş, oruc tutarkən mədə xəstəlikləri ilə üzləşənlərə məsləhətlər verib. Həkim bildirib:

“Ramazanda yüngül qastriti, əvvəllər mədə və onikibarmaq bağırsağında xorası olanlar gündəlik olaraq dərman qəbul edə bilərlər. Lakin bu xora daha əvvəllər qanama və ya deşilmə kimi ciddi problemlərə səbəb olubsa, həmin şəxslər əsla oruc tutmamalıdır.”

Həkimin sözlərinə görə, 70-ci illərdə müalicə məqsədilə daha çox süd içmək məsləhət görülürdü:

“Ancaq müasir dövrdə südün xora üçün heç bir müalicəvi əhəmiyyət daşımadığı sübut olunmuşdur. Mədə ağrılıranın qarşısını almaq üçün südün əvəzinə qatıqdan istifadə etmək daha effektiv nəticələr verir. Mədə ilə onikibarmaq bağırsaqda xora və xroniki qastrit kimi xəstəliklərin 80%-ni mədə mikrobu olan helicobacter pilori törədir. Qatıqtdakı bakteriyalar isə helicobacter pilorinin antibiotiki xüsusiyyətinə malikdir. Süd mədədə 15-20 dəqiqə ərzində müvəqqəti rahatlıq yaradır. Lakin sübut olunub ki, süd qəhvə və çaydan daha çox mədə turşululuğuna səbəb olur. Xüsusilə də imsak zamanı içilən süd gün boyu mədədə turşuluğun miqdarını qaldırır və ağırılara səbəb olur. Mədə problemləri ilə üzləşənlər yaxşı olardı ki, südün əvəzinə qatıqdan daha çox istifadə etsinlər.”

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 199
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."