!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ramazanda verilən fitrə zəkatının ÖNƏMİ: “Elə ailələr var ki, ildə bircə dəfə ət yeyə bilir...”

!Reklam – Yazi

“İnsanlar fitrə zəkatını verərkən özünü reklam etmədən, verdiyi şəxsin qürurunu aşağılamadan, minnət etməyərək, sağ əlin verdiyini sol əl bilmədən etməlidir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında ilahiyyatçı Turan İrfan deyib. O, mübarək Ramazan ayında verilən fitrə zəkatının önəmi və diqqət olunması məqamlar haqda danışıb.
Onun sözlərinə görə, fitrə zəkatı İslamın sosial tərəfinin nümunəsidir:

“Fitrə zəkatı İslamın sosial tərəfinin nümunəsidir. Ramazanda ac qalan insan 30 gün ərzində yemədiyini ehtiyacı olana verir. Münasibətlər yenilənir, varlı – kasıb arasındakı sinifləşmə, fərqin “şişməsi” zəifləyir. Bayram günü hamı qidalanır, sevinir və buna göstərişdən, təşviqdən əlavə şərait də yaradılır. İnsanlar “mənim yoxumdur”, “verə bilmərəm” kimi ifadələrdən çəkinir. Çünki hər kəs 30 gün ərzində günorta yeməyini ixtisara salır, qənaət edir və hər dəfə ixtisara saldığı həmin ərzaqı, yaxud da onun miqdarını sonda kasıblara paylayır”.

İlahiyyatçı qeyd edib ki, lakin insanlar fitrə zəkatını verərkən özünü reklam etmədən, verdiyi şəxsin qürurunu aşağılamadan, minnət etməyərək, sağ əlin verdiyini sol əl bilmədən etməlidir.

“İmkanı olanlar təbii ki, daha keyfiyyətli ərzaq paylamalıdır. Öz üzərinə düşən qədər fitrə zəkatı vermək şərt deyil. Əgər imkanın varsa, artıq fitrə zəkatının miqdarının artırmaq da olar. Bu miqdar artıqca onun savabı da çoxalar. Təsəvvür edin ki, ildə bircə dəfə ət yemək imkanı olan ailələr də var. Bu cür ailələrə ət payı verilməsi daha məqsədəuyğun olar”, – deyə o əlavə edib.
İlhayyatçı fitrə zəkatının verilməsi vaxtı ilə bağlı fikirlərini açıqlayıb:

“Fitrə zəkatı Ramazanın son iftarından sonra, bayram namazına qədər, bayram günü verilməsi zəkatı alanların əhval-ruhiyyəsinin daha yaxşı olması üçün daha gözəldir. Həzrət Əlinin Peyğəmbərdən nəql etdiyi hədisə əsasən, fitrə hər kəs ailəsində adam başına, yəni böyük, kiçik, qadın, kişi, azad, məhbus, sağlam, xəstə adına 2 kq verilməlidir. Buğda yeyən buğdadan, xurma yeyən xurmadan verər. Bunların məbləğindən az olmamaq şərti ilə üstünə də artırılıb verilməsi daha yaxşı olar. Qədim ilkin hədis mənbələrinə görə, Ramazan bayramından 2-3 gün qabaq fitrə zəkatı verən səhabələr də olub. Hər kimsə bayram namazına qədər müəyyən zərurət üzündən fitrə verə bilməyibsə, bayramdan sonra da verə bilər”.

T.İrfanın sözlərinə görə, İslamın gözəlliyi ondadır ki, bayramlarda təkcə fərdləri yox, ümumi, cəmiyyəti də nəzərə alınır:
“Təbəqləşməni minimuma enir, insanlar sosial sarıdan yaxınlaşır. Orucluq insanların cisminin sağlığına faydalı olduğu kimi, mənəviyyatının da zəngin olmasına görədir. Varlı da, kasıb da eyni hissi yaşayır. Fitrə verməkdə az olmamaqla çoxun ziyanı yoxdur. Mömin səxavətli olmalıdır. Allah üçün xərclənən hər bir hesabat əvəzsiz qalmır. Bunu Allah Özü vəd edir. Zəkat verənin malı artır. Çünki zəkat vetmək qan aldırmaq kimidir. Köhnə qan gedərək, yerinə təzə qan gəlir, insan gəncləşir. Zəkat da malı inkişaf etdirir. Zəkatı nə qədər artıq versən, o qədər malın artacaq. Xəsislik bədbəxtlikdir. Yəni, varlı adamlar mümkün qədər çox zəkat verib, çox xeyirli işlər görməlidir”.

İsmayıl Bakuvi

www.yenicag.az

405
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv