Dünya çempionu, Türkiyənin Azərbaycan əsilli milli atleti Ramil Quliyev MS xəstələrinə dəstək vermək üçün İstanbul Marafonuna qoşulacaq.
Yenicag.az türk mediasına istinadən xəbər verir ki, sabah keçiriləcək yarışda Ramil Quliyev ilk dəfə marafona qatılacaq. İdmançı məqsədinin MS xəstələrinə (Multipl Skleroz) dəstək olduğunu bildirib və qeyd edib ki, gələn gəlir birbaşa onların müalicəsinə sərf olunacaq. Moskvada keçiriləcək yarışa qatılmaq üçün Türkiyədən yola düşən atlet bu sahəyə diqqətin kifayət qədər olmadığını vurğulayıb.
Qeyd edək ki, Multipl Skleroz xəstəliyi immunitet çatışmazlığı səbəbi ilə beyində və onurğada yaranan və daha çox 20-40 yaşlı insanlarda rast gəlinən bir xəstəlikdir.