!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ramil Usubovla bağlı qərar verildi

!Reklam – Yazi

Fevralın 7-də keçiriləcək prezident seçkilərindən sonra hökümətin tərkibində dəyişikliklərin olacağı ilə bağlı proqnozların ardı-arası kəsilmir. Siyasi çevrələrdə vəzifəsi ilə vidalaşacaq yüksək rütbəli məmurlarla bağlı müəyyən ehtimallar səsləndirilir. Hazırda kabinə üzvü olan ən azı 3 nazirin yeni hökümətdə təmsil olunmayacağı bildirilir.

Yenisabah.az-ın əldə etdiyi məlumata görə, dəyişikliklər daha geniş spektri əhatə edəcək. Hakimiyyət dairələrindəki mənbələrdən aldığımız məlumata görə, yola salınacaq məmurların karvanına Təhlükəsizlik Şurasının katibi Ramil Usubov da qoşulacaq.

Mənbə bu qərarın məhşur general-leytenanta qarşı etimadsızlıq kimi qiymətləndirilməsinin əleyhinə olduğunu bildirib. Onun sözlərinə görə, sabiq daxili işlər naziri, Təhlükəsizlik Şurasının indiki katibi əvvəllər olduğu kimi, yenə hakimiyyətin ən çox güvəndiyi kadrlardan biridir. Sadəcə olaraq, yaşının irəliləməsi və səhhətində müəyyən problemlərin yaranması səbəbindən gərgin iş qrafikindən imtina etmək məcburiyyətində qalıb.

Mənbə 76 yaşlı Usubovun prezident seçkilərindən bir müddət sonra yola salınacağını bildirib.

www.yenicag.az

111
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv