!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Ramin Şıxəliyev: "Nə biləydik, bu, son görüşümüzdür" - FOTOLAR

!Reklam – Yazi

“Azər Paşa müəllimin vəfatı Azərbaycan mədəniyyəti üçün ağır itkidir. Yoxluğu ilə barışmaq asan deyil. Ölüm xəbəri məni sarsıtdı”.

Bunu dünən dünyasını dəyişən görkəmli rejissor, Xalq artisti Azər Paşa Nemətovla bağlı danışarkən aktyor Ramin Şıxəliyev Yenicag.az-a açıqlamasında deyib.

O, rejissorla son görüşünü xatırlayıb:

“Vəfatından bir gün əvvəl quruluş verdiyi “Cəhənnəm sakinləri” tamaşasını izləməyə gəlmişdi. Anfiteatrdan gülümsəyərək bizə baxıb əl elədi. Tamaşa bitəndən sonra da görüşdük və ayrıldıq. Nə biləydik ki, bu, Azər Paşa müəllimlə son görüşümüzdür və səhəri gün onun bu dünyadan köçməsi xəbərini alacağıq. Böyük sənətkar olmaqla bərabər həm də gözəl insan idi. Biz onunla dəfələrlə qastrol səfərlərində olurduq. Bizimlə dost kimi davranırdı, həmişə qayğımıza qalırdı, problemlərimizlə maraqlanırdı. Son vaxtlar çox kövrək olmuşdu. Tamaşalardan sonra bir kənara çəkilib ağladığını görürdük. Azər Paşa müəllimin adı, əziz xatirəsi ürəyimizdə və teatr tarixində hər zaman yaşayacaq. Allah ona rəhmət eləsin”.

Cəvahir

www.yenicag.az

634
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv