!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ramiz Mehdiyev Azərbaycanın 10 dahi alimi arasında: Akademik o siyahıda hansı dühaları “qabaqlayıb?”REPLİKA/FOTO

!Reklam – Yazi

AMEA-nın sabiq prezidentinin öz səlahiyyətlərindən sui-istifadə etməsinə dair daha bir fakt aşkarlanıb.

Yenicag.az xəbər verir ki, Prezident Administrasiyasının sabiq rəhbəri və Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti, Azərbaycan Elm Fondunun sələfi Elmin İnkişafı Fondu Himayədarlar Şurasının da sabiq sədri olan akademik Ramiz Mehdiyev adıçəkilən qurumun saytında yerləşdirilən Azərbaycanın 10 dahi aliminin siyahısında qərarlaşıb.

Maraqlıdır ki, son dərəcə təvazökar davranan Mehdiyev həmin siyahıda özünə sadəcə 5-ci sıranı rəva görməklə, illərlə danışılacaq “nümunə” yaradıb. Amma AMEA-nın eks-prezidentindən sonrakı sıralarda mövqelənən elm dühalarının kimliyinə baxdıqda, Mehdiyevin yuxarıda vurğulanan “təvazökar ciddiliyi” bir anda yox olur.

Baxın, yaxın keçmişin “boz kardinal”ı Yusif Məmmədəliyev, Azad Mirzəcanzadə və hətta Nəsirəddin Tusi kimi dahilərin dünya elminə ondan daha az töhfə verdiyinə “inanaraq”, siyahıda həmin alimlərin önünə keçməkdən utanmayıb. Təəccüblüdürmü? Qətiyyən!

Mehdiyevin özünü 10 dahi alimin sırasına salması az qala 25 il müddətində vəzifə səlahiyyətlərindən yararlanaraq çıxdığı oyunların yanında nədir ki?

Yeri gəlmişkən, Azərbaycan Elm Fondunun icraçı direktoru 2019-cu ildə bu vəzifəyə təyin olunan Mehriban İmanovadır. Xanım icraçı direktor artıq 4 ildir, bu vəzifəni icra etsə də, görünür, siyahıdakı 10 dahi alimin nə kimliyinə, nə də o sıralamaya heç nəzər salmayıb. Görəsən, niyə? Mehdiyevin “siyasi ölüsü” də bu qədər təhlükəlidir?

A.Zeynalov

www.yenicag.az

573
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv