!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ramiz Mehdiyev bu məqaləsi ilə sanki Rusiyanın rəhbərliyinə xəbər verir ki...” - Sərdar Cəlaloğlu

!Reklam – Yazi

“Rusiyanın absurd iddialarla çıxış edən məlum dairələrinə bütün səviyyələrdə tutarlı cavab verilməlidir”.

Bu fikirləri Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin rəhbəri olduğu qurumun saytında yerləşdirdiyi “Dağıdıcının mənəviyyatsız missiyası” məqaləsində rusiyalı siyasətçi Vladimir Jirinovskiyə verdiyi cavabı dəyərləndirən Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Yenicag.az-a açıqlamasında deyib.

ADP sədrinin sözlərinə görə, Rusiyadan ifadə olunan bütün qəbuledilməz yanaşmalara adekvat cavab verilməlidir:

“O məqalə ilə mən də tanış oldum. Deyim ki, Ramiz Mehdiyev Jirinovskinin əsas müddəalarını “vurmağa” çalışır. Amma eyni zamanda, hiss olunur ki, o, Rusiya-Azərbaycan münasibətlərinin pozulmasından da narahatdır.

Sanki Azərbaycandan Rusiyanın rəhbərliyinə xəbər verir ki, Jirinovski kimilərinin o cür çıxışları burada bizim “5-ci kolon”un işinə əngəl olur.

Bununla belə, mən Mehdiyevdən də əvvəl Jirinovskiyə cavab vermişdim ki, əgər hansısa dövlət vaxtilə başqa dövlətin əsarəti altında olubsa, onda gərək Rusiya indi Kazan tatarlarının əlində əsir ola. Çünki Rusiya neçə əsr qıpçaq xanlarının nəzarətində qalıb.

Hətta misal da çəkmişdim ki, Putin niyə Jirinovskiyə yox, Nursultan Nazarbayevə oxşayır? Yəni rusların böyük əksəriyyəti türk-monqol irqinə mənsubdurlar.

Yenə deyirəm, Rusiyanın absurd iddialarla çıxış edən məlum dairələrinə bütün səviyyələrdə tutarlı cavab verilməlidir”.

A.Zeynalov

www.yenicag.az

1129
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv