!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Mənim bankım yoxdur, oğlumundur…” — Ramiz Mehdiyev

!Reklam – Yazi

Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevə məxsus olduğu deyilən Bank BTB-nin satışa çıxarıldığı ilə bağlı məlumatlar yayılıb. Yayılan məlumatda bankın artıq satılmaq üzrə olduğu və qiymət məsələsinin Ramiz Mehdiyevlə razılaşdırılacağı bildirilib.

Yenicag.az xəbər verir ki, Manset.az məsələ ilə bağlı Ramiz Mehdiyevlə əlaqə saxlayıb. O, açıqlamasında bankın onlara aid olduğunu təsdiq edib:

“Mənim bankım yoxdur. Oğlumun adınadır, o da idarə edir. Bu da indinin məsələsi deyil”

Oğlunuz general Teymur Mehdiyevin adınadır bank?

” Yox, Teymurun adına deyil. Deyəsən, yoldaşının adınadır.”

Bank həqiqətən hazırda satışdadır?

“Satılmayıb, satışda da deyil. Bu məlumatlar yalandır. Belə yalan məlumatlar hardan çıxır bilmirəm.”

***

Azərbaycanın bank sektorunda “yarpaq tökümü” davam edir. Ciddi problemlərlə üzləşən banklar ya bağlanır, ya da satılır.

Yenicag.az xəbər verir ki, Bakupost.az-ın əldə etdiyi məlumata görə, Prezident Adminsitrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyaevin ailə bankı olan “Bank BTB” də satışa çıxarılıb.

Məlumatlı mənbənin bildirdiyinə görə, Ramiz Mehdiyevin oğlu tərəfindən satışa çıxarılan banka müştəri də tapılıb. Hətta onların arasında bankın 15 milyon manata satılması barədə razılıq da əldə olunub. Lakin Ramiz Mehdiyevin bankı satın almaq istəyən şəxsdən onunla da razılaşmağı tələb etdiyi bildirilir. Bu səbəbdən sövdələşmənin hələ yekunlaşmadığı deyilir.

Qeyd edək ki, 2022-ci ilin yekun hesabatına görə, ziyanla işləyən banklar arasında artıq bağlanmış “GünayBank”la yanaşı “Muğanbank” və “Bank BTB”nin də adı çəkilirdi. Qeyd olunurdu ki, ötən il bankın ziyanı 5 milyon manat təşkil edib. Ramiz Mehdiyev vəzifədən ayrıldıqdan sonra bankın xalis mənfəətinin 16 milyon 653 min manat azaldığı və 2020-ci ilin sonunda 9 milyon 130 min manatlıq zərərə düşdüyü barədə xəbərlər yayılmışdı.

www.yenicag.az

552
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv