!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ramiz Mehdiyevin “istedad”ı sayəsində ölkənin siyasi partiyalar sistemi dağıdılıb” - MÖVQE

!Reklam – Yazi

“Bütün partiyalar sadəcə, görüntüdürlər, virtual məfhumdurlar və gerçək siyasətə təsirləri yoxdur”.

Bu fikirləri ölkədə siyasi partiyalar sisteminin perspektivini və yenidən gündəmə gətirilən Konstitusiya referendumunun keçirilmə ehtimalını şərh edən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, mümkün referendumun təşkilinə hakimiyyət qərar verəcək və səsverməyə çıxarılan istənilən məsələni keçirmək onun üçün çətinlik törətməyəcək:

Azərbaycanda hakimiyyətin, xüsusilə də, artıq vəzifədə olmayan Ramiz Mehdiyevin istedadına şükür olsun ki, onun sayəsində ölkənin siyasi partiyalar sistemi dağıdılıb. Siyasi sistem demək olar, mövcud deyil.

Bütün partiyalar sadəcə, görüntüdürlər, virtual məfhumdurlar və gerçək siyasətə təsirləri yoxdur. Azərbaycanda siyasi həyatı müəyyənləşdirən bəlli kriteriyalar var. Odur ki yeni qanunun qəbul edilməsi ilə ölkədə cəmi iki-üç partiya qalacaq.

Onlardan biri hakim siyasi partiya olan YAP-dır. Digərlərinin hansı partiyalar olacağına isə hökumət qərar verəcək. Mən bu barədə indi konkret söz deyə bilmirəm. Ancaq bir müddətdən sonra bu məsələyə də aydınlıq gələcək və hansı partiyaların fəaliyyətinə icazə veriləcəyi bilinəcək.

Referendum ehtimalına gəldikdə, buna da hakimiyyət qərar verəcək və səsverməyə çıxarılan istənilən məsələni keçirmək onun üçün çətinlik törətməyəcək”.

A.Zeynalov

www.yenicag.az

647
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv