!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ramiz Novruz dəfn edildi - YENİLƏNDİ

!Reklam – Yazi

Xalq artisti Ramiz Novruz “Qurd qapısı” qəbiristanlığında dəfn edilib.

Yenicag.az xəbər verir ki, mərasimdə aktyorun ailə üzvləri, yaxınları, sənətçi həmkarları, ictimaiyyət nümayəndələri iştirak edib.

 

Qeyd edək ki, Xalq artisti Ramiz Novruz fevralın 21-i gecə saatlarında uzun sürən xəstəlikdən sonra vəfat edib.

***

Ötən gecə vəfat edən Azərbaycanın teatr və kino aktyoru, Xalq artisti, Prezident təqaüdçüsü Ramiz Novruzla vida mərasimi başa çatıb.

Yenicag.az xəbər verir ki, mərhumun vaxtilə yaşadığı evdə keçirilən mərasimdə Mədəniyyət Nazirliyinin rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, R.Novruzun ailə üzvləri, sənət dostları, yaxınları və sadə insanlar iştirak ediblər.

Aktyorun cənazəsi alqışlar sədaları altında yola salınıb.

Hazırda mərhumun cənazəsi dəfn olunmaq üçün Yasamaladakı “Qurd qapısı” qəbiristanlığına aparılır.

***

12:43

Xalq artisti Ramiz Novruz Yasamalda, “Qurd qapısı” qəbiristanlığında dəfn ediləcək.

Yenicag.az xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat verib.

***

11:42

Xalq artisti Ramiz Novruzla vida mərasimi keçirilir.

Yenicag.az  xəbər verir ki, mərhumla son görüşə yaxınları, sənət adamları və onu sevənlər gəliblər.

Qeyd edək ki, Akademik Milli Dram Teatrının aparıcı aktyoru, Xalq artisti Ramiz Novruz mədə xərçəngindən müalicə olunurdu. O, dünən gecə saatlarında dünyasını dəyişib.

***

10:44

Xalq artisti Ramiz Novruzla vida mərasimi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında baş tutacaq.

Yenicag.az xəbər verir ki, bu barədə mərhumun ailəsi məlumat verib.

Qeyd edək ki, Ramiz Novruz dünən axşam uzun sürən xəstəlikdən sonra 67 yaşında vəfat edib.

www.yenicag.az

395
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv