!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Ramzan Axmatoviç - oğru, qatil, Rusiyanın üzqarası" - Kadırovu təhqir edən şəxs SAXLANILDI - FOTO

!Reklam – Yazi

Rusiyada Çeçenistan rəhbəri Ramzan Kadırovun ünvanına təhqirlər yazılmış posterlə şəhərdə gəzən şəxs saxlanılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Tümendə bir nəfər “Ramzan Axmatoviç Kadırov – oğru, qatil, Rusiyanın üzqarası” plakatı ilə küçəyə çıxıb.

Kişi şəhərin mərkəzində yerli sakinlər tərəfindən diqqət çəkib. Şahidlər onun getdiyi istiqaməti polisə xəbər verirblər.

“O, Orconikidze küçəsində yolu keçib Mərkəzi Meydana doğru gedirdi”, – şahid bildirib.

Piketçi hazırda saxlanılaraq polis bölməsinə aparılıb. Media Tümen vilayəti üzrə Daxili İşlər Nazirliyinə sorğu göndərsə də, nazirlik rəsmi şərh verməkdən imtina edib.

Xuraman Etibarlı

www.yenicag.az

155
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv