!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ramzan Kadırovu tənqid edən deputat ÜZR İSTƏDİ - VİDEO

!Reklam – Yazi

Deputat Kadırov haqqında söylədiyi fikirlərə görə üzr istəyib.

Yeniçag.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Tatarıstandan olan deputat Azat Xamayev Çeçenistan hakimiyyətinə ünvanladığı sözlərə görə üzr istəyib.

İclas zamanı Azat Xamayev məhbusun Kadırovun oğlu tərəfindən döyülməsini açıq şəkildə tənqid edib.

O, “Biz hansı hüquq sahəsində yaşayırıq?” sualını verərək Ramzan Kadırova iradını bildirib. O, Kadırovun oğlunun Nikita Juraveli istintaq təcridxanasında döydüyünə görə “Çeçenistan Qəhrəmanı” adına layiq görüldüyünü xatırladıb.

Lakin ertəsi gün Xamayev sözlərini geri götürüb.

“Qardaş xalqlar arasında münasibətlərə xələl gətirə biləcək emosional açıqlamama görə üzr istəyirəm”, – o bildirib.

Xamayevə ilk təzyiq Tatarıstan rəhbəri Rüstəm Minnixanovdan başlayıb:

“Deputat Azat Xamayevin bəyanatı sırf onun şəxsi fikridir və respublika müsəlmanlarının mövqeyi ilə heç bir əlaqəsi yoxdur. Çeçen xalqına hörmətlə yanaşırıq. Çeçenistanın birinci prezidenti, Rusiya Qəhrəmanı Axmat-Hacı Kadırov və indiki rəhbər Ramzan Axmatoviçin regionda sülhün bərqərar olması və ölkənin bütövlüyünün qorunması üçün göstərdikləri səyləri qeyd etmək lazımdır”.

Bundan əlavə, qalmaqallı iclasın səs yazısı Tatarıstan hökumətinin saytından silinib.

Həmin çıxışı təqdim edirik:

Xuraman Etibarlı

www.yenicag.az

271
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv