!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rasim Balayev: "İstəyirik, iş görək, amma hara müraciət etmişiksə..."

!Reklam – Yazi

“May ayında Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) yeni sədri seçilsəm də hələ ki, kino sahəsində heç bir yenilik yoxdur”.

Bunu ittifaqın yeni təyin olunan sədri, tanınmış aktyor, Xalq artisti Rasim Balayev Yenicag.az-a açıqlamasında deyib.

O hələ də gözləmə mövqeyində olduqlarını bildirib:

“Kino ilə bağlı heç bir yenilik və dəyişiklik yoxdur. Elə işə gedib-gəlirəm, vəssalam. Əlbəttə, istəyirik, iş görək, amma hara müraciət etmişiksə, nəticəsi olmayıb. Hələ ki susuruq və gözləyirik. İndi də son hadisələr əlimizi işdən soyudub. Baş verən hadisələr, şəhid xəbərlərinə görə də heç nə edə bilmirik. Belə bir vəziyyətdə durub hara, kimə müraciət edək? Adama deyərlər, biz nə hayda, siz nə hayda? Görək nə olur…Kino Agentliyi yaradılmalı idi. Xəbər yoxdur”.

Qeyd edək ki, Xalq artisti Rasim Balayev 2022-ci il mayın 31-də Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri vəzifəsinə təyin olunub.

Cəvahir

www.yenicag.az

646
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv