!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rasim Balayev sədrliyə namizəd oldu

!Reklam – Yazi

Xalq artisti Rasim Balayev birləşmiş kino ittifaqlarının sədrliyinə namizəd olub.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb.

Məlumatda bildirilir ki, noyabrın 3-də Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin iclası keçirilib.

İttifaqa yeni üzvlər qəbul olunub. Bundan Əlavə AKİ və ARKİ-nin birləşməsinə dair qurultay məsələləri müzakirə olunub.

Birləşmiş ittifaqın sədrliyinə namizəd yekdilliklə Xalq artisti Rasim Balayev göstərilib.

Qeyd edək ki, bu ilin 26 iyulunda AKİ və ARKİ birləşəcəkləri barədə birgə bəyanat yayıblar.

Xatırladaq ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 2012-ci ildə yaradılıb və ittifaqın idarə heyətinin hazırkı sədri Xalq artisti Şəfiqə Məmmədovadır. Azərbaycan Kinematoqrafçılar İttifaqı isə 1963-cü ildən fəaliyyət göstərir, ittifaqın idarə heyətinin hazırkı sədri Xalq artisti Rasim Balayevdir.

Yeni ad kimi Kinematoqtafçılar Birliyi təklif edilib. Sözügedən birliyin qurultayının il sonuna doğru olacağı gözlənilir.

www.yenicag.az

198
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv