!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rasim Məmmədovla bağlı qərar verildi

!Reklam – Yazi

Ali Məhkəmədə “İctimai Nəzarət Koalisiyası” İctimai Birliyinin sədri Rasim Məmmədovun barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.

Yenicag.az pravda.az-a istinadən xəbər verir ki, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onun şikayəti təmin edilməyib, aşağı instansiya məhkəməsinin çıxardığı hökm və qərar dəyişdirilmədən qüvvədə saxlanılıb.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rasim Məmmədov iki il altı ay müddətinə azadlıqdan məhrum edilib. Sumqayıt Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.

Xatırladaq ki, QHT rəhbəri Rasim Məmmədov 2022-ci ilin fevral ayında həbs olunub. İttihama görə, Rasim Məmmədov 2021-ci il sentyabrın 17-də Sumqayıt şəhərində yerləşən “Azmetal” MMC-yə gələrək heç bir əsaslı səbəb olmadan oranın direktor müavini Ramiz Hüseynovu söyüb, çölə çıxmasını tələb edib. Ramiz Hüseynov həyətə düşdükdən sonra Rasim Məmmədov təkrarən onun ünvanına nalayiq ifadələr işlədib və əlindəki mobil telefonla şirkətin anbardarı Sabir İsmayılovun baş nahiyəsinə üç dəfə zərbə vuraraq ona müxtəlif dərəcəli bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq hərəkətləri edib.

Qeyd olunan əmələ görə Rasim Məmmədova qarşı Cinayət Məcəlləsinin 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

www.yenicag.az

190
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv