!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rauf Arifoğlu: "İmkan verməməliyik ki, həmkarlarımızla prokurorluq danışsın"

!Reklam – Yazi

“Ordumuza qarşı açıq-aşkar informasiyaların yayılmasına qarşıyıq”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Azərbaycan Mətbuat Şurasında keçirilən mediada və sosial şəbəkələrdə Milli Orduya dair bilgilərin yayılması və ictimai rəyin yanlış yönləndirilməsi təmayülləri mövzulu toplantıda çıxışı zamanı “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu deyib.

O bildirib ki, jurnalistlərə münasibətdə inzibati metodların tətbiq edilməsinə qarşıdır:

“Belə olan halda, Azərbaycan mediasının üstünə çox ciddi iş düşür. Bunun qarşısını almaq üçün özümüzü yeniləməliyik. İndi informasiya müharibəsi daha şiddətli gedir. İnzibati metodların əleyhinəyəm. Eyni zamanda, ordumuza qarşı açıq-aşkar informasiyaların yayılmasına qarşıyıq. Bizim dəcəl, nadinc həmkarlarımızın cəzalandırılmasının əleyhinəyəm. Əslində, bizim üstümüzə böyük yük düşür. Bütün təxribatların önünə özümüz çıxmalıyıq. Mediaya jandarm gətirməyin əleyhinəyəm. Azərbaycan demokratik ölkədir. Bütün yanlışları biz deməliyik. İmkan verməməliyik ki, həmkarlarımızla prokurorluq danışsın”.

Səxavət Məmməd

www.yenicag.az

442
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv