“Razılaşsaq, Qarabağ muxtar respublika ola bilər” – Əliyev – Yenicag.Az

Reklam

Reklam

14485330545917047798_1000x669“Rəsmi Bakı Qarabağa muxtar respublika statusu verilməsini istisna etmir”.

Bu barədə prezident İlham Əliyev “Ria Novosti” saytına müsahibəsində danışıb:

“Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məntiqli güzəşt mümkündür, region muxtar respublika ola bilər. Bunun üçün Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyi, həyati fəaliyyəti, özünüidarə hüququ, Azərbaycan tərəfindən müxtəlif investisiya layihələrinin həyata keçirilməsi təmin edilməli, Dağlıq Qarabağ muxtar vilayəti ətrafındakı ərazilər azad edilməlidir. Bax, biz münaqişənin həllini belə görürük”.

Bununla belə, Əliyevin sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyü məsələsində güzəşt ola bilməz: “Biz heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməsi ilə razılaşmarıq. Lakin yerli idarəetmə ilə bağlı güzəşt ola bilər. Əgər gələcəkdə razılaşsaq, Qarabağ muxtar respublika ola bilər”

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 47
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."