Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

"Real aldığı maaşla sənədləşmədə göstərilən uyğun deyil" - Nazir

“Vergi Məcəlləsinə dəyişiklik kontekstində əməkhaqqlarının “kölgə”dən çıxması Azərbaycan iqtisadiyyatında bank kreditinin rolunun bərqərar olmasına, bərpa olunmasına müsbət təsir göstərəcək”.

Yenicag.az xəbər verir ki, bunu Vergilər naziri Mikayıl Cabbarov İTV kanalında “Biznes Azərbaycan” verilişində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, hazırda bir çox insanın real aldığı əmək haqqı ilə sənədləşmədə göstərilən əməkhaqqı arasında uyğunsuzluq mövcuddur.

“Bu, həmin vətəndaşların istər ipoteka kimi uzunmüddətli kreditləri, istərsə də qısamüddətli kreditləri cəlb edə bilməsi üçün böyük məhdudlaşdırıcı amildir. Bu da öz növbəsində iqtisadi artıma mənfi təsir edən amildir. Bu cəmi bir nümunədir ki, 2019-ci ilin yanvarın 1-dən nəzərdə tutulan islahat bu amilə müsbət təsir etməlidir”, – M.Cabbarov vurğulayıb./Report/

www.yenicag.az

2516
SFERA
VETENINFO
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM