!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Real Madrid”in vitse-prezidenti vəfat etdi

!Reklam – Yazi

İspaniyanın “Real Madrid” klubunun vitse-prezidenti Fernando Fernandes Tapias 84 yaşında vəfat edib.

Yenicag.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən məlumat verilib.

Fernando Fernandes Tapias 1993-cü ildən “Real Madrid”də müxtəlif vəzifələrdə çalışıb. 2000-ci il iyulun 17-dən 2006-cı il iyulun 2-dək ispan sahibkar və funksioner “Real Madrid”in direktorlar şurasının sədri kimi fəaliyyət göstərib. 2009-cu il iyunun 1-dən isə klubun tarixində ilk vitse-prezident olub.

Fernando Fernandes Tapiasın “Real Madrid”ə rəhbərliyi dövründə klub 58 titul qazanıb, o cümlədən 6 dəfə Çempionlar Liqasının qalibi olub və basketbol üzrə 3 Avropa Kubokunu əldə edib.
Qeyd edək ki, “Real Madrid”in hazırkı prezidenti 2009-cu ildən bu vəzifəni icra edən Florentin Peresdir.

Mənbə: Championat.com

www.yenicag.az

151
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv