!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Reanimasiyaya aparılanda...” - Yatağa məhkum olan, arzularını məzara aparan XALQ ARTİSTİ

!Reklam – Yazi

“Atam son sözünü deyə bilmədi. Bu, indi də bizi ailəlikcə çox ağrıdır…”

Bunu bu gün doğum günü olan tanınmış və sevilən kinorejissor, aktyor, Xalq artisti Ramiz Əzizbəyli ilə bağlı xatirələrini bölüşərkən qızı Xədicə Əzizbəyli Yenicag.az-a açıqlamasında  deyib.

O, atasının yarımçıq qalan yazılarına hələ də toxuna bilmədiyini bildirib:

“Xəstə olmasına baxmayaraq məqalələr yazırdı, məşhur sənətkarlar barədə kitab nəşr etdirmək arzusundaydı. Amma yazıları yarımçıq qaldı. Mən o yazılara toxuna bilmərəm, buna ürək etmirəm. Nəinki yazılarına, ümumiyyətlə, atamın heç bir əşyasına belə toxunmamışıq. Dünyasını dəyişəndən bəri hər şey olduğu kimi qalıb. Arada məqalələrini oxuyuram, onun dünyasına baş vurmaq, onu anlamaq istəyirəm”.

Çox pozitiv insan idi, amma son vaxtlar xəstə olduğuna görə tez-tez kövrəlirdi. Həm də neçə illərdir ki, sənətdən ayrı düşmüşdü, ürəyində yaradıcılığı ilə bağlı arzuları, layihələri var idi, onları həyata keçirə bilmirdi. Hərəkətindəki məhdudiyyətlər onu çox geri saldı. Kövrəlirdi, amma yenə də ümidini itirmirdi. Həmişə deyirdi ki, sağalacam, yeni filmlər çəkəcəm. Arif Quliyev tez-tez atamın yanına gəlirdi, deyirdi Arif yeni proyektimiz olacaq ha. Əvvəlki kasetlərinə baxırdı. Deyirdi, əvvəllər necə gözəl danışırmışam, amma indi danışa bilmirəm. Buna görə pis olurdu”.

“Mən bacımla İncəsənət Gimnaziyasını bitirmişdik. Səsimiz də var idi, aktrisalıq qabiliyyətimiz də. Amma atam bizi elə-belə qoymuşdu ora, heç vaxt sənətdə olmağımızı istəmirdi. Mühafizəkar insan idi, ailəsini həmişə kənar təsirlərdən qoruyurdu”- deyib, R.Əzizbəylinin ailəsinə sonsuz sevgisindən danışır.

Aktyor dünyasını dəyişəndə son sözünü deyə bilmir. Bu, onun ailə üzvlərini hələ də ağrıdır:

“Dünyasını dəyişən ərəfələrdə çox yatırdı, vəziyyəti yaxşı deyildi. Dinib-danışmırdı. Reanimasiyaya elə bir halda getdi ki, son sözünü belə deyə bilmədi. Bu, ailəlikcə bizim ürəyimizdə indi də ağrı olaraq qalır. Ömrünün son günlərində deyirdi ki, mən sonuncu mogikanam. Çünki sənətkarların çoxu dünyasını dəyişmişdi. Heyf ki, onlar dünyasını dəyişsə də, yerlərini dolduran olmur, yerləri boş qalır”.

Cəvahir

www.yenicag.az

596
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv