!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Reanimasiyaya yerləşdirilən məşhur aktyordan ÜZÜCÜ XƏBƏR - Xanımından AÇIQLAMA

!Reklam – Yazi

“Vahid indi reanimasiyadadır. Həkimlər onun vəziyyətini ağır qiymətləndirir”.

Bunu srağagün gecə xəstəxanaya yerləşdirilən tanınmış aktyor, Əməkdar artist Vahid Əliyevin həyat yoldaşı Tamilla Əliyeva Yenicag.az-a açıqlamasında deyib.

O, aktyorun durumunun kritik olduğunu vurğulayıb:

“Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasında gözləyirik. Dünən ürək damarlarının tıxanıqlığı səbəbindən anju olunsa da, qanı çox qatı olduğundan açıq ürək əməliyyatına götürmədilər. Müalicə olunmalıdır ki, əməliyyata girə bilsin. Dünən bütün günü yanında oldum, amma bu gün artıq reanimasiya şöbəsinə yerləşdiriblər.

Əvvəlllər Vahidin səhhətindən ciddi şikayəti olmayıb. Ara-sıra ürəyində narahatlıqları olurdu, amma ciddi şəkildə problemi yox idi. Onu qoruyurdum, vaxtaşırı vitaminlər verirdim. Birdən-birə halı pisləşdi. Qəfildən dedi ki, özümü piss edirəm, tez təcili yardım çağırdıq. Həkimlərin dediyinə görə təcili ürək əməliyyat olunmalıdır. Əməliyyatın Mərkəzi Klinik Xəstəxanasında olmasını istəyirəm”.

Cəvahir

www.yenicag.az

10944
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv