Mərkəzi Neftçilər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən xalq artisti, tanınmış diktor Rafiq Hüseynov kritik vəziyyətdən çıxarılıb.
Bu barədə Yenicag.az-a diktorun həyat yoldaşı Səbinə Hüseynova açıqlama verib:
“Rafiq kritik vəziyyətdən çıxarılıb. Amma hələ də reanimasiyadadır.
Huşu özündədir, danışılanlara reaksiya verir, əlimi sıxır. Aparatlara qoşulduğu üçün danışa bilmir. Əslində, onu Almaniyaya aparacaqdılar. Lakin həkimlər bildirdi ki, ağır xəstə olduğu üçün onu tərpətmək olmaz. Buna görə də Almaniyadan həkim dəvət olundu. O, Rafiqi yoxladı, göstərişlərini verib getdi. Telefon əlaqəsi ilə Rafiqin üzərində nəzarəti davam etdirir”.
Xanımının dediyinə görə, R. Hüseynovun vəziyyətinin qəfildən pisləşməsi gözlənilən idi:
“Türkiyədə həkimlər bizi Azərbaycana qayıtmağa qoymurdular. Deyirdilər tam sağalsın, sonra. Amma biz yaxşılaşan kimi onu Bakıya gətirdik. Burda halı qəfildən pisləşdi. Şükür, kritik vəziyyətdən çıxıb”.
S. Hüseynova bildirib ki, xalq artistinin bütün xərclərini Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva öz üzərinə götürüb.
Cəvahir