Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Rəcəb Tayyib Ərdoğan yenidən futbol oynayacaq

Reklam: Sinerji Pro

Kipr türklərinin məruz qaldığı zülmə son vermək və adaya sülh gətirmək üçün keçirilən Kipr Sülh Hərəkatının 47-ci ili qeyd olunacaq.

Yenicag.az xəbər verir ki, 16-19 iyulda Lefkoşada keçiriləcək tədbirlər “Bir Dünya Şimali Kipr” şüarı altında baş tutacaq. Tədbirlər çərçivəsində futbol matçı da keçiriləcək.

Qarşılaşmada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, nazirlər, hökumət rəsmiləri və veteran futbolçulardan ibarət “Şöhrətlər yığma”sı qarşılaşacaq.

Qeyd edək ki, Ərdoğan siyasətə başlamazdan əvvəl futbolçu olub. 1969-cu ildə – 15 yaşında “Camialtı” idman klubuna transfer olunan hazırkı prezident daha sonra İ.E.T.T klubuna keçib. İ.E.T.T 1976-cı ildə İstanbul çempionu olub. 12 sentyabr 19802-ci ildə baş tutan dövlət çevirilişindən sonra İ.E.T.T-dən ayrılmağa məcbur olub və bununla da 16 illik futbolçu karyerasına son qoyub.

Ərdoğan müsahiblərinin birində Tomislav Kaloperoviç dövründə (1976-78) “Fənərbağça”dan transfer təklifi aldığını, amma atasının razılığı olmadığına görə peşəkar futbola keçmədiyini bildirmişdi.

www.yenicag.az

244
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100