!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Rəfiqəsi vəfatından 1 il ötən “Toppuş bacı” HAQQINDA: “Sağalacağına inanırdı, ancaq...”

!Reklam – Yazi

“Çox dözümlü qadın idi, bir dəfə də olsun asi düşmədi ki, niyə mən belə oldum”.

Bu sözləri ölümündən bir il ötən mərhum aktrisa, Əməkdar artist Tünzalə Əliyeva haqqında danışan tanınmış aktrisa Ülviyyə Əliyeva Yenicag.az-a açıqlamasında deyib.

O, bu gün vəfatının birinci ildönümü olan yaxın rəfiqəsi – hər kəsin “Toppuş bacı” kimi tanıyıb sevdiyi Tünzalə Əliyevanı göz yaşları ilə yad etdi:

“Tünzaləni unutmaq qeyri-mümkündür. O mənim sirdaşım idi. Onun o qədər müdrik kəlamları var idi ki, bu gün də qulaqlarımda səslənir. İnsan həyatında ağır dönəmlər olur, həmin vaxtlarda Tünzalənin o sözləri mənə çox kömək olurdu. Heç vaxt şikayətlənməyi sevməzdi. Ən ağır vaxtlarında da ondan halını soruşanda, deyirdi şükür, yaxşıyam.

Xəstəliyi şiddətlənəndə, yeni bir törəmə aşkarlananda, vəziyyətini soruşurdum, deyirdi, belə də Ülya, nə oldu yenə mənə… Çox dözümlü qadın idi, bir dəfə də olsun asi düşmədi ki, niyə mən belə oldum. Şükürlü insan idi. Bir təsəllim var ki, onun canı ağrılardan, əzabdan qurtardı.

Bilmirdik ki, son günləridir. Ayaqları tutulmuşdu, səsi batmışdı, amma bizi tərk edəcəiyinə inanmırdıq. Özü də sağalacağına inanırdı. Sonuncu dəfə ona xəstəxanada bir şey çatdırmalıydım. Tərslikdən qrip oldum, yanına keçə bilmədim. Zəng elədim, qaynanası düşdü götürdü o əmanəti məndən. Bu görüşü o qədər gözləyirdi ki…

Amma qripə görə alınmadı, dedim bacı, istəmirəm sənə ziyan vurum. Heyf Tünzalədən, ömrünün ən gözəl çağında həyatdan köçdü. Qızı Zəhrannı tətili idi, atası onu rayona aparacaqdı. Həmin gecə yuxuma girdi, gördüm palatadır, cavan, xoşbəxt, çox şən ovqatdadır…”

Cəvahir

www.yenicag.az

554
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv