!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Regional bankları gözləyən TƏHLÜKƏ: “Fitch” xəbərdarlıq etdi

!Reklam – Yazi

ABŞ-da regional bankların maliyyələşmə və inkişafla bağlı çətinliklərinin 2024-cü ildə də davam edəcəyi bildirilir.

Yenicag.az “Haber Global”a istinadən xəbər verir ki, belə bir xəbərdarlıqla “Fitch Ratings” beynəlxalq reytinq agentliyi çıxış edib.

Agentliyin hesabatına əsasən, ABŞ-da fəaliyyət göstərən banklar 2024-cü ildə öz kapitallarını qorumağa və proqnozlaşdırılandan daha çox itkidən yayınmağa çalışmalıdırlar.

Adıçəkilən reytinq təşkilatı xəbərdarlıq edib ki, banklar mövcud şəraitdə faiz dərəcələri ilə əlaqədar məhdudlaşdırıcı amillərin güclənməsini və tənzimləyici tələblərin gəlirlərin artımı üçün əlverişli olmayan şərtlər doğurduğunu nəzərə almalıdırlar.

“Fitch Ratings”dən bildirilib ki, ABŞ-da regional bankların maliyyələşmə və inkişafla bağlı çətinlikləri 2024-cü ildə də davam edəcək.

www.yenicag.az

122
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv