!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Regionda ABŞ üçün Türkiyəni əvəz edə biləcək ölkə yoxdur” – Qriqori Mavrov

!Reklam – Yazi

“Ankaranın yalnız bir qütbə meyllənməsi onu regional güc statusundan məhrum edə bilər”.

Bu fikirləri Yenicag.ru-ya müsahibəsində ukraynalı politoloq, Türkiyə üzrə mütəxəssis Qriqori Mavrov deyib.

– Putinlə Ərdoğanın sonuncu görüşündən sonra Rusiyanın ekspert cameəsində belə fikir yaranıb ki, Türkiyənin siyasi elitası Kremldən asılı vəziyyətdədir. Bu barədə nə deyə bilərsiz?

– Bu, yetərincə cəsarətli bəyanatdır. Türkiyə elitası sadəcə, manevr edir və hələ ki nə Kremlin, nə də Ağ Evin asılılığına düşməyib. Türkiyə özünün müəyyənləşdirdiyi strategiya əsasında hərəkət edir və düşdüyü mürəkkəb vəziyyətdən çıxmaq üçün öz rolundan yararlanır.

– İri enerji layihələrini də nəzərə alsaq, iqtisadi planda kim kimdən daha çox asılıdır?

– Geniş planda baxsaq, iqtisadi mənada Türkiyənin Rusiyadan asılılığı nəzərə çarpsa da, bu, Ankaranın müstəqilliyini məhdudlaşdırmır. Bu asılılıq daha çox atom enerjisi sahəsindədir və Türkiyə hakimiyyəti ölkədaxili fərqli reaksiyalara baxmayaraq, Mərsində “Akkuyu” AES-in tikintisinə qərar verdi. Bu, təbii ki, Rusiyanın Türkiyədə nüfuzunun artmasına təkan verir. Digər tərəfdən, misal üçün Çanaqqala körpüsünə baxın. O körpü dünyanın ən böyük asma körpüsü olmalıdır və həmin layihə Cənubi Koreya şirkətləri tərəfindən həyata keçiriləcək. Ümumiyyətlə, belə layihələr çoxdur. Unutmaq olmaz ki, Türkiyədə nəhəng layihələr gerçəkləşdirilir və Rusiya onların çoxunu icra edəcək imkanda deyil.

– Türkiyə-Rusiya hərbi əməkdaşlığının hansı perspektivi var? Rusiyalı ekspertlər hesab edirlər ki, S-400 raket kompleksləri ilə bağlı müqavilənin imzalanmasından sonra Türkiyə Qərb silahlarından imtina edəcək. Türkiyənin tamamilə Rusiya silahına yönəlməsi realdırmı?

– Mən belə proqnozlara çox skeptik yanaşıram. NATO ölkələrinin hərbi-texniki potensialı Rusiya ilə müqayisədə xeyli genişdir. Eyni zamanda, NATO ölkələrinin istehsalı olan silahlar texnoloji baxımdan da daha üstündür və ondan imtina Türkiyə ordusunda problemlərə səbəb ola bilər. Burada söhbət heç də NATO ölkələri ilə Rusiya istehsalı arasındakı keyfiyyət fərqində deyil. Türkiyənin bir standartdan digərinə keçidi böyük maliyyə tələb edən prosesdir. Eyni zamanda, Rusiyanın müdafiə sənayesinin potensialı Türkiyənin mümkün sifarişlərini tam şəkildə və vaxtında yerinə yetirməyə imkan verməz.

– Türkiyənin NATO-dan çıxması realdır? ABŞ regional tərəfdaş rolunda Türkiyəyə əvəzedici tapa bilər?

– Yaxın vaxtlarda belə bir hal baş verməyəcək. Türkiyə çox unikal ölkədir və regionda onu əvəz edəcək başqa dövlət yoxdur. Bununla belə, Türkiyənin Qərb ölkələrilə münasibətlərində problemlər hər zaman olub. Ancaq Türkiyənin NATO-dan çıxmasına ciddi variant kimi baxmıram. Münasibətlərdə bundan da ağır dövrlər olub. Mən hətta təsəvvür etmirəm, nə baş verməlidir ki, Türkiyə NATO-nu tərk etsin. Bu, həm Türkiyə, həm NATO-ya problem yaratmaqla yanaşı, regional təhlükəsizliyə də ziyan vurardı. Hər şeydən əvvəl Türkiyəyə özünü təcrid etmək lazım deyil. Ankaranın yalnız bir qütbə meyllənməsi onu regional güc statusundan məhrum edə bilər.

Qafqaz Ömərov

www.yenicag.az

4873
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv