!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Regiondan başladılan yeni dünya DÜZƏNİ: "Başqalarının şahmat taxtasında qaralarla oynamırıq deyə..."

!Reklam – Yazi

“Azərbaycan da siyasətini böyük güclərin vizyonları, yeni dünya düzənindəki baxışlar və maraqlarla uzlaşdırmalıdır. Öz maraqlarımızı qurban vermədən, onlarla ciddi, lazımsız toqquşmalara getmədən fayda götürməyi bacarmalıyıq”.

Bu fikirləri Cənubi Qafqazda baş verən proseslər və regionun militarlaşması haqqında danışan Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Yenicag.az-a açıqlamasında səsləndirib.

Fərəc Quliyev bildirib ki, böyük güclər Zəngəzur dəhlizi açılanda iqtisadi faydaları özləri götürmək istəyirlər:

“Əslində, həmişə belə olub. Dünyanın bir yerəndə baş verən hadisəyə digər yerlərdə biganə qalmayıblar. Ya gec, ya da tez başqa ərazilərə də təsiri olub. Xüsusən böyük güclərin institutlaşmış siyasətlərində köklü dəyişikliklər yoxdur. 100 il əvvəl türk dünyasına qarşı münasibət nə idisə, bu gün də odur. Bir vaxt Şərq məsələsi vardı, türk dünyasını parçalamaq, Türkiyəni sıradan çıxarmaq istəkləri vardı. Bu gün də bu məsələ gündəmdədir.

Ermənistan özü layihə dövlətdir. Bugünkü çıxışlarına baxırsan, layihə dövləti olmasını açıq görünür. Dünən də istifadə olunub, bu gün də istifadə olunur.

Regionumuz dünyanın ən qəliz bölgələrindən biridir. Bura uğrunda həmişə savaş gedib. Bu gün müqavimət gücümüz var və öz oyunumuzu qururuq. Başqalarının şahmat taxtasında qaralarla oynamırıq deyə, bu daha çox görünür. Bu savaş həmişə olub və bundan sonra da olacaq.

Fransızların minimum məqsədi bölgəyə qayıtmaqdır. İndiki halda son Qarabağ savaşından sonra yaranmış status-kvo onları qane etmir. Onlar oyundan kənarda qalıblar. ABŞ, Fransa və Rusiya bölgəyə qayıtmaq üçün, demək olar ki, bərabər davranırlar. Zəngəzur dəhlizinin açılmasından həmin tərəflər fayda götürə bilərlər. Ancaq açılmasa, siyasi fayda götürə bilərlər. Onlar siyasi faydaya üstünlük verirlər. Böyük siyasətin elementidir. Fransızların jandarm halında, Avropa İttifaqının isə komissiya halında gəlməsi baş tutdu. Burada oyun da gedir. Birinci Dünya müharibəsində Rusiya ilə Almaniyanın birinci şəxsləri arasında danışıqlar vardı. Onlar həm də qohum idilər. Bu gün də belə oyunlar mövcuddur. Baxmayaraq ki, ABŞ-nin ətrafında Qərb koalisiyası var, ancaq göründüyü qədər Almaniya və Fransa Rusiya ilə danışıqlarda separatçılıq edir. Araşdırma aparıldı və görüldü ki, Rusiyaya sanksiya tətbiq olunmasına baxmayaraq, ən çox biznes quran ölkə Almaniyadır. Sonrakı yeri isə Fransa tutur. Hətta ABŞ-nin on yeddi faiz yeri var. Ona görə böyük oyunda institutlaşmış siyasət öz yerində, hərə həm də öz oyununu oynayır. Çalışırlar ki, Rusiyanın itirdiklərini Türkiyə və Azərbaycan yığmasın, özləri götürsünlər, Zəngəzur dəhlizi açılanda da iqtisadi faydaları özləri əldə etsinlər. Ona görə də bu gün imkan vermirlər ki, dəhliz məsələsi həll olunsun. Gələcəkdə Rusiyasız bir dəhliz istəyirlər. Rusiyanı bu dəhlizdən çıxarmaq istəyirlər. İndiki halda dəhliz açılsa, kontrol Rusiya Federal Təhlükəsizlik Xidmətində olacaqdı.

Yeni dünya düzənində iki cür qüvvə olacaq. Ya idarə edən olacaqsan, ya da idarə olunan. Türk Dövlətləri Birliyi yaranıb. Bu da yeni bir gücdür. Yeni dünya düzənində idarəetmə imkanlarımız var. Bunu rəqiblərimiz də bilir. Bizə ona görə mane olurlar. Səkkiz-doqquz ay dözməyimiz lazımdır. Bundan sonra hər şey öz yoluna düşəcək”.

Səxavət Məmməd

www.yenicag.az

446
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv