13920808_1866557686906403_5311518069426267573_n-300x113Demokratik Azərbaycan Naminə gənclərin İctimai Birliyi (DANİB) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Regionlarda Gənclərin Təşəbbüs Qruplarının Yaradılması üzrə Təlimlər” adlı layihə həyata keçirir. Layihə çərçivəsində müxtəlif regionları təmsil edən 20 gənci bir araya toplayaraq onlara ictimai iştirakçılıq, könüllülük, şəbəkələşmə və vətəndaş fəallığı mövzularında məlumatlandırmaq məqsədi ilə 4 günlük təlim keçiriləcək. Yaradılması nəzərdə tutulan regional təşəbbüs qrupları gənclərin vətəndaş cəmiyyətinə daha fəal şəkildə qoşulmasında körpü rolunu oynayacaq.

DANİB gənclər üçün yeni dərs mövsümünün açılmasından öncə ölkənin müxtəlif regionundan olan 20 gənclə birgə maraqlı, 4 günlük təlim keçirməyi nəzərdə tutub.

Məkan: Bakı şəhəri
Tarix: 9-13 sentyabr
İştirakçıların seçim meyarı:
– 16-29 yaş arası gənclər iştirakçı ola bilər;
– Şəxsiyyət vəsiqəsində daimi yaşayış yeri region olan gənclər qatıla bilər;
– Layihədə iştirak üçün yüksək motivasiyalı gənclər müraciət edə bilər
Bütün iştirakçılar üçün iştirak tamamilə ödənişsizdir!
Seçilmiş iştirakçıların qalmaq və yemək xərcləri təşkilatçılar tərəfindən qarşılanır!

Online müraciət üçün link:
https://goo.gl/forms/F7rTuQVz82AJwnyt1

Online müraciət üçün son tarix: 3 sentyabr

Seçimlər sizin doldurduğunuz müraciət formaları əsasında aparılacaq və nəticə barədə məlumat veriləcəkdir.

Əlaqələndirici şəxslər:
Elşad Pənahov:051- 241- 49- 99
Cavid Abdullayev: 055- 265-51- 55

Ətraflı məlumat üçün:
e-mail- danibtraining@gmail.com

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 3
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."