!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Regionumuzda müharibə ehtimalı: Yeni savaş ocağı alovlanır... - ŞƏRH

!Reklam – Yazi

“İrana qarşı böyük güclərin müdaxilə etmək istəyi Azərbaycan üçün şansdır. Bundan əvvəl Səttarxan, Xiyabani, Pişəvəri inqilabları yarımçıq qalıb, Azərbaycan dördüncü şansdan istifadə etməlidir”.

Bu sözləri regionumuzda yeni müharibə ocağının alovlanması ehtimalını şərh edən politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında deyib.

Yusif Bağırzadə bildirib ki, regionumuzda müharibə ehtimalı hələ bu qədər ciddi olmayıb:

“Regionumuzda müharibə ehtimalı böyükdür. Hadisələr onu göstərir ki, müharibə qaçınılmaz olacaq.

İran-İsrail münasibətləri ABŞ-də respublikaçılar hakimiyyətdə olan zaman daha çox gərginləşirdi. Sabiq ABŞ Prezidenti Donald Tramp atom anlaşmasından çıxmışdı. Digər tərəfdən Ərəb ölkələrinə dəstək verdi. Yəməndəki “Husilər” adlı silahlı qruplaşmanı İran maliyyələşdirir, Tramp həmin qruplaşmanı terror təşkilatı kimi qeydiyyata aldı. Co Bayden gələn kimi “Husilər”i terror təşkilatı siyahısından çıxardı. Barak Obamanın ənənəsini davam etdirdi. Onun kimi İrana isti münasibət bəslədi.

Hazırda İranda vəziyyət gərgindir. İran idarəolunmaz hala gəlib. Bizim bölgədə olan proseslərin ABŞ-də keçiriləcək seçkilərə də təsiri var. Ukrayna-Rusiya müharibəsi birbaşa Co Baydenin layihəsidir. Baydenin reytinqi günü-gündən aşağı düşür. Ona görə də İsrailə kömək etməlidir.

Azərbaycan istəyər ki, bölgədə sülh, əminamanlıq hökm sürsün. Ancaq bizim istəməyimizdən asılı olmayaraq, müharibə qaçınılmazdır. Buna hazır olmalıyıq”.

Səxavət Məmməd

www.yenicag.az

465
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv