!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rəisinin vida mərasiminə gələn dövlət başçıları - Siyahı

!Reklam – Yazi

Helikopter qəzasında ölən İran Prezidenti İbrahim Rəisi və xarici işlər naziri Əmir Hüseyn Abdullahianın vida mərasiminə 50-yə yaxın xarici nümayəndə heyətinin qatılacağı gözlənilir.

Yenicag.az xəbər verir ki, liderlər səviyyəsəndə 10-dan çox, nazirlər səviyyəsində 20-yə yaxın ölkənin iştirakı ehtimal edilir, digər ölkələr isə parlament sədrləri və xüsusi nümayəndələrlə təmsil olunacaq.

Məlumata görə, mərasim bu gün günortadan sonra prezidentin səlahiyyətlərini icra edən Məhəmməd Müxbir və xarici işlər naziri vəzifəsini icra edən Əli Bagirinin iştirakı ilə keçiriləcək.

Azərbaycan Baş naziri Əli Əsədov və xarici işlər naziri Ceyhun Bayramov, Qətər əmiri Şeyx Təmim bin Həməd əs-Sani, Türkmən xalqının Milli Lideri Qurbanqulu Berdiməhəmmədov, Tunis Prezidenti Kays Səid və Tacikistan Prezidenti İmaməli Rəhman, İraq Baş naziri Məhəmməd Sudani, İraq Kürd Müxtariyyətinin Baş naziri Məsrur Bərzani və İraq Kürdüstan Regionunun başçısı Nəçirvan Bərzani, Pakistan Prezidenti Asəf Əli Zərdari və Baş nazir Şahbaz Şərif, Türkiyə xarici işlər naziri Hakan Fidan və vitse-prezident Cövdət Yılmaz, Ermənistan Baş naziri Nikol Paşinyan, Hindistan Prezidentin müşaviri Caqdip Cankar, Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin, Əlcəzair parlamentinin sədri İbrahim Buğali, Əfqanıstan Baş nazirinin müavini Əbdülqəni Bəradər və xarici işlər naziri Əmirxan Müttəqi, Şri-Lanka xarici işlər naziri Əli Səbri, Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının sədri Nurdincan İsmayılov, Qazaxıstan Parlament Məclisinin sədri Yerlan Koşanov və Livan parlamentinin sədri Nəbih Bərinin vida mərasimində iştirak edəcəkləri bildirilib.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.

www.yenicag.az

113
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv