!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Reket jurnalistikası”nın KÖKÜNÜ KƏSMƏK: “O adamlardan canımızı qurtarmaq üçün...”

!Reklam – Yazi

“Cinayət Məcəlləsinə “reket” fəaliyyətinin qarşısının alınması üçün maddələr əlavə edilməlidir”.

Bu fikirləri “reket jurnalistikası”na qarşı aparılan mübarizədə effektivliyin artırılması yollarından danışan media eksperti Azər Həsrət  Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, mediada “reket” fəaliyyəti bir çox hallarda məmurlardan, müəyyən vəzifə sahiblərindən qaynaqlanır:

“Bu fəaliyyət konkret olaraq cinayət məsuliyyəti yaradır. Jurnalistika isə sərbəst peşə olduğuna görə buraya soxulub öz pis niyyətləri üçün istifadə etmək istəyirlər. Belə hallar var, olub, olacaq da.

Mətbuat Şurası hər zaman olduğu kimi, bu gün də yaranmış təzahürə qarşı mübarizə aparmaqdadır. Lakin hələ də “reketçilik” dediyimiz təzahür ortadan qaldırıla, məsələ kökündən həll oluna bilmir.

Bunun səbəbi qanunlarımızda olan boşluqlardır. Etdiyim təklif gerçəkləşdirilərsə “reketçiliyə” tamamilə son qoyula bilər. Təklifim isə “Media haqqında” qanunda əlavə maddə ilə jurnalistikadan sui-istifadə edənlərə cəzaların tətbiq edilməsi üçün yolların göstərilməsindən ibarətdir.

Həmin yollar nəyi nəzərdə tutur? Əgər kimsə təsdiq olunmuş şəkildə jurnalistikadan bir dəfə sui-istifadə edibsə (yəni şantaj, qarayaxma, şəxsin, yaxud qurumun əleyhinə kampaniya aparmaq) Mətbuat Şurasında bu məsələ ətrafında araşdırma aparıb həmin şəxsin 6 ay, 1 il, yaxud 5 il müddətinə jurnalist fəaliyyətini məhdudlaşdırmaq lazımdır.

Yol hərəkəti qaydalarında xəta törədilən zaman şəxsin sürücülük hüququndan məhrum edilməsi praktikası varsa, nə üçün bunu jurnalistikada tətbiq etməyək? Cinayət Məcəlləsinə “reket” fəaliyyətinin qarşısının alınması üçün maddələr əlavə edilməlidir.

Əgər belə qayda tətbiq olunarsa, o zaman jurnalistikanı ləkələyən insanların böyük əksəriyyətindən canımızı qurtara biləcəyik. “Reketçiliyin” qarşısını almaq üçün başqa hansı yollar var? Belə fəaliyyət bir çox hallarda məmurlardan, yaxud vəzifə sahiblərindən qaynaqlanır.

Necə? Xırtdəyə qədər çirkaba batmış məmurun əməlləri haqqında kimsə araşdırma aparır və həmin məmura bu məlumatların müəyyən məbləğ müqabilində ictimailəşdirilməyəcəyi vəd olunur. Belə olduğu halda isə cinayətkarlığın daha üst səviyyəyə çıxdığını müşahidə edirik. Bu səbəbdən, qanuna müəyyən dəyişikliklər edilməklə, belə halların qarşısı alınmalıdır”.

Nəsimi Ələsgərli

www.yenicag.az

252
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv