!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rektor təyin olunan Şahin Bayramov: "Müasir universitet qurmaq üçün var gücümüzlə çalışacağıq!"

!Reklam – Yazi

“Qarabağ Universitetinin rektoru təyin olunmaq Möhtərəm Prezidentimiz tərəfindən bizə göstərilmiş çox böyük etimaddır. Bu etimada görə Cənab Prezidentimizə sonsuz təşəkkürümü bildirirəm!”

Yenicag.az xəbər verir ki, bunu prezident İlham Əliyevin Qarabağ Universitetin rektor təyin etdiyi Şahin Bayramov sosial media hesabında yazıb.

O, sözügedən təyinatın məsuliyyətini dərk etdiyini vurğulayıb:

“Doğma Qarabağımızın adını daşıyan ali təhsil müəssisəsinə rektor təyin olunmaq sözlə ifadə edilməsi mümkün olmayan fəxarətdir. Qürur hissləri keçirirəm. Eyni zamanda, bu təyinat çox böyük məsuliyyətdir!

Göstərilən etimadı doğrultmaq və yeni dövrün tələblərinə cavab verən müasir universitet qurmaq üçün var gücümüzlə çalışacağıq!

Qarabağ Universiteti işğaldan azad olunan torpaqlarımızda fəaliyyət göstərəcək ilk ali təhsil müəssisəsi kimi tariximizə düşəcək!

Doğma torpaqlarımızda fəaliyyət göstərmək şərəfdir! Bu şərəf və qürur hisslərinə görə, doğma torpaqlarımızı düşmən işğalından azad edən Müzəffər Ali Baş Komandanımıza minnətdarlığımı bildirir, Şəhid qardaşlarımıza Allahdan rəhmət diləyir, Qazi qardaşlarımıza şəfa arzulayır, qəhrəman əsgər və zabitlərimizə təşəkkür edirəm!”

www.yenicag.az

292
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv