!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Rəmişin evi SATILIR? - “Onu deyən qələt edir, başını da daşa döyür” – Gülüdən AÇIQLAMA

!Reklam – Yazi

“Ev Rəmişin yadigarıdır, mən onun ətrini o evdən alıram.”.

Bu sözləri Xalq artisti Rəmişin (Rafiq Hüseynov) sağlığında yaşadığı evin satılması ilə bağlı yayılan xəbərə reaksiya verən mərhum sənətkarın həyat yoldaşı Gülü Hüseynova Yenicag.az-a açıqlamasında deyib.

O, evi satmadığını və belə bir fikrinin də olmadığını bildirib:

“Yalan söhbətdir, evi niyə satıram? Oturmuşam evimdə-eşiyimdə. Ev Rəmişin yadigarıdır, mən onun ətrini o evdən alıram. Bu nə xəbərlərdir, kim yayır, bilmirəm. İmkan versinlər dərdimlə baş-başa qalım”.

Qeyd edək ki, mediada sənətkarın Yasamal rayonu Şərifzadə küçəsi, “İnşaatçılar” metrostansiyasının yaxınlığında yerləşən 3 otaqlı mənzilinin 280 min manata satılması ilə bağlı xəbər yayılıb.

Cəvahir

www.yenicag.az

555
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv