!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rəqəmsal manatın iqtisadiyyata TƏSİRİ - Ənənəvi valyuta dövriyyədən tamamilə çıxarıla bilər?

!Reklam – Yazi

“Rəqəmsal valyuta investisiya yönümlü xərclərin artırılması baxımından müsbət haldır”. 

Bu sözləri Azərbaycanda rəqəmsal manatın yaradılması ilə bağlı yeniliyi dəyərləndirən İqtisad Universitetinin professoru Elşad Məmmədov Yenicag.az-a açıqlamasında deyib.

Professor qeyd edib ki, rəqəmsal manatdan istifadə iqtisadi inkişafa təkan verəcək:

“Rəqəmsal manatın dövriyyəyə buraxılması biznes proseslərinin sürətlənməsinə, eyni zamanda bütövlükdə pul dövriyyəsində şəffaflığın təmin edilməsinə xidmət edə bilər. Əgər rəqəmsal valyuta dövlət tərəfindən emisiya edilirsə, bu, iqtisadi proseslərə müsbət təkan verə bilər. Yəni, rəqəmsal valyutaların hansısa özəl qurumlar tərəfindən emisiyası gözlənilən nəticəni verməz. Qeyd edim ki, rəqəmsal valyuta ənənəvi valyuta dövriyyəsindən tamamilə imtina ediləcəyini göstərmir. Ən azından yaxın gələcək üçün bu imtina gözlənilmir. Rəqəmsal valyuta investisiya yönümlü xərclərin artırılması baxımından da müsbət haldır. Çünki Azərbaycanda məhz daxili investisiya resurslarının inkişafı ilə bağlı problemlər mövcuddur. Rəqəmsallaşma bu cür problemlərin həllində effektiv nəticə verə bilər.

Təəssüf ki, bir sıra hallarda investisiyalar ilə bağlı problem fonunda pul kütləsinin artımının inflyasiyaya vəsaitin təyinatdan kənara istiqamətlənməsinə səbəb olacağı bildirilir. Rəqəmsallaşma olduğu təqdirdə ayrılan hər bir manatın təyinatı üzrə istifadə daha rahat olacaq. Halbuki ənənəvi pul dövriyyəsi vasitəsilə də bank texnologiyalarının vəsaiti təyinatı üzrə xərclənməsinə imkan verilir. Bütün hallarda rəqəmsallaşma pul kütləsinə nəzarətin daha da rahat aparılması üçün böyük imkanlar yaradacaq. Bununla yanaşı, rəqəmsallaşmanın müəyyən çağırışları var. Əgər dövlət effektiv şəkildə qeyd olunan yeniliyi reallaşdırarsa, iqtisadi inkişafa müsbət töhfələri ola bilər”.

Gülşən Şərif

www.yenicag.az

476
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv