!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Rəqqasə Zərifədən SƏS-KÜYLÜ AÇIQLAMA: “Kişiyə yaraşıq verən onun...”

!Reklam – Yazi

“Kişilərin gözəllik naminə etdirdiyi plastik əməliyyatların əleyhinəyəm. Yalnız burun əməliyyatından başqa…”.

Bunu rəqqasə Zərifə Əliyeva Yenicag.az-a açıqlamasında deyib. Sənətçi gözəllik naminə etdirdiyi estetik və plastik əməliyyatları əks cinsin nümayəndələrinə yaraşdırmadığını bildirib:

“Təəssüf ki, son vaxtlar kişilər arasında da plastik əməliyyat etdirənlərin sayı günü-gündən çoxalır. Bu da cəmiyyətdə birmənalı qarşılanmır. Bir çox insanlar belə əməliyyatlarla görünüşlərini dəyişdirən əks cinsin nümayəndələrini kəskin şəkildə qınayır. Yalan nə deyim, mən də bu qəbildən olan insanlar sırasındayam. Göz, üz dartdırmaq, dodaq şişirtmək və bu kimi digər estetik əməliyyatlar etdirməsini, qaşını almasını əks cinsə qətiyyən yaraşdırmıram. Çünki kişi kişidir. Kişiyə yaraşıq verən onun xarakteri, xarizmasıdır. Belə vasitələrlə xarici görünüşünə əl gəzdirməkdənsə, yaxşı olardı ki, kişiyə xas xüsusiyyətləri ilə diqqət çəkməyi bacarsınlar. Amma burun əməliyyatını normal hesab edirəm. Çünki burun elədir ki, üzün ifadəsinə ciddi təsir edir. Anadangəlmə əyri, kobud burunlar var. Elə insanlar var ki, idman edərkən, yaxud da hər hansı qəza və zədə nəticəsində burunlarında ciddi qüsurlar yaranır. Bu halda həmin bəy həkimə müraciət edib, burun formasını dəyişə bilər. Bunda heç bir qəbahət görmürəm”.

Cəvahir

www.yenicag.az

787
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv