!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rəqs edən nazir müavini: Burada pis nə var və nəyi tənqid edirsiniz? - Aqil Bəkir yazır

!Reklam – Yazi

Son həftə ərzində ölkə vətəndaşlarının ən çox müzakirə etdiyi iki mövzu var idi: Helikopter qəzası və yeni nazir müavinin rəqsi.

Bu ikisi arasında yerlə göy, dağla dərə və ağla qara qədər fərq olsa da, yurdum insanının seçimidir və bu seçim, əslində, milli psixologiyanı anlamamıza kömək edir.

Söhbət gənclər və idman nazirinin müavini təyin edilmiş Marina Vasilevanın təyinatdan sonra yayılan rəqs videosundan gedir.

Video sosial şəbəkələrdə yayıldıqdan, sosial media platformalarında paylaşıldıqdan sonra qızğın müzakirələr də başladı. Gördüyüm qədərilə, insanların əksəriyyəti əllərinə aldıqları qılıncla qan tökməyə hazır döyüşçü obrazına bürünərək asıb-kəsdi və bu hələ də davam edir.

Dünənə qədər postu tutub dayanan yaşlı nazir və müavinləri tənqid edən şəxslər bu dəfə gənc birini – gənclər və idman nazirinin müavini təyin edilmiş (!) gənc birini hədəfə oturtdular, sanki xanım nəsə qəbahət bir iş görüb.

Bəyəm biz rəqs etmirik? Bəyəm o oxu yaydan atanlar rəqs etmirlər? Ola bilər ki, kimisi nazlı-qəmzəli oynamağı, kimisi dağ havalarını, başqa birisi də diskonu sevir. Bəs bu rəqs meyarı haradan çıxdı belə? Rəqs yalnız kiməsə acıq verməkdən ibarət deyil. Rəqsdə “baş açmaq” var, stress atmaq var, əylənmək var, özündən keçmək var, çılğınlıq var…

Bu gün içi mən qarışıq azərbaycanlı gənclərin də o çılğınlığa ehtiyacı var. Vallah, yeni təyinatlar bir çox gənc tərəfindən müsbət qarşılanıb və arzular da bundan ibarətdir ki, təzə gələnlər gənclərə qarşı ictimai basqını bir az da varsa, azalda biləcəklər.

Əslində, qınamıram. Nə vaxt nazir gəlib bir sadə vətəndaşın toyunda əl açıb oynadı ki, millət də belə şey görəndə təəccüblənməsin?!

Başqa bir məsələ də xarici ölkələrin rəhbər post tutan şəxslərinin foto və videolarını sosial şəbəkələrin Azərbaycan seqmentində paylaşaraq, “Bizdə belə nazir oldu da bizmi istəmədik”, – deyə yazanların üzərində dayandığımız məsələdə “cəllad” roluna girmələridir. Xorvatiyanın prezidenti Kolinda Qrabar-Kitaroviçin çimərlik fotolarına nələrin yazıldığını çox gözəl xatırlayıram.

Amma və lakin. Xorvat məsələsində modern davranış sərgiləyənlər xanım nazir müavininin rəqsinə, nədənsə, orta çağ səviyyəsində münasibət göstərdilər. Buna, deyəsən, “ingilis bayrağı” deyirdilər.

Sözümün canı ondan ibarətdir ki, millət olaraq dəyişikliyə hazır ola bilməsək, hazır deyiliksə, dəyişən də heç nə olmayacaq. Belə məsələlərdə “qaragüruh” adlandırılan “zati-anti-müqəddəs”lərdən uzaq olmaq, çürük şəxsiyyətlərin “ip”indən istifadə etməmək ən doğru seçimdir.

P.S. – Dilçilik İnstitutuna yeni-yeni sözlər qazandıracağımızı da buradan ifadə edək.

www.yenicag.az

1387
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv