!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Rəqsanə Xalq artistinin PAXIRINI AÇDI: “Bunun təməlini özü qoyub, mənə deyir…”

!Reklam – Yazi

“Niyə gizlədirsiz axı? Kimə nə dəxli var, can sənin, mal sənin, nə istəyirsən elə də…”.

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Rəqsanə İsmayılova deyib. O, plastik əməliyyat etdirən və bunu gizlədən sənət adamlarından danışıb.

Sənətçi vaxtilə məşhur Xalq artisti ilə bağlı maraqlı açıqlama da verib:

“Məşhur xanım Xalq artistimiz var, böyüyümüzdür, gözəl sənətə malikdir, buna görə adını çəkməyəcəm. O xanımla rayonların birində toy məclisində idik. Həmin vaxt mən plastik əməliyyat etdirmişdim. Mənə təəccüblə sual verdi ki, sən Allah, de görüm bu əməliyyatı necə edirlər? Hansı ki, o özü mənə qədər nələr edib e…Yanımızda da bir xanım müğənni var idi, həmin Xalq artisti ilə arası yox idi. O, Xalq artisti çölə çıxan kimi başladı ki, “görürsən, plastik əməliyyatların təməlini elə özü qoyub, amma təəccüblənməyinə bax bunun”.

Bu gün təkcə sənət adamları deyil, digər sahədə çalışan xanımlar da gözəllik prosedurları etdirir. Bunu edəndə nə olur ki? Sənət adamısız, plastik əməliyyat etdirirsiz, əcəb edirsiz. Niyə gizlədirsiz axı? Kimə nə dəxli var, can sənin, mal sənin, nə istəyirsən elə də… Yəqin başqa şeylərdən qorxurlar, ona görə gizlədirlər. Amma deməyəcəm nədən”.

Cəvahir

www.yenicag.az

2387
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv